Azərbaycanın Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini tələb edir
BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı qanunvericiliyə dəyişikliklər zəruridir Bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində deyilir Rəydə qeyd olunub ki, aparılan təhlillər 2025-ci il dövlət büdcəsinin

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı qanunvericiliyə dəyişikliklər zəruridir Bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində deyilir Rəydə qeyd olunub ki, aparılan təhlillər 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərdə izahat və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən addımların atıldığını göstərib Qurum qeyd edib ki, fiskal qanunvericiliyə dəyişikliklərin edilməsi zəruridir. Dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlar “Büdcə sistemi haqqında” qanunun 20-ci maddəsinə uyğun təqdim edilsə də, Hesablama Palatası hesabatlılıq və informasiya sisteminin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb Rəydə qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, dövlət büdcəsinə ayrılan vəsaitlər illik hesabata ayrıca əlavə kimi, Ehtiyat Fonduna yönəldilən vəsaitlər isə ayrıca göstərilib. Bundan əlavə, hesabatda 2025-ci il dövlət proqramları üzrə görülmüş işlər və Strategiyanın icrası ilə bağlı məlumatlar da öz əksini tapıb Eyni zamanda, palata bəzi məlumatların təqdimatında əvvəlki illərlə müqayisədə boşluqların olduğunu qeyd edib. Belə ki, hesabatda Hesablama Palatasının tövsiyələrinin icrasına dair ayrıca bölmə, məqsədyönlü tədbirlər, funksional istiqamətlər üzrə təfərrüatlı xərclər barədə məlumatlar tam əksini tapmayıb Rəydə vurğulanıb ki, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən büdcənin icrası ilə bağlı hesabatlılıq qaydalarına əlavə və dəyişikliklərin edilməsi zəruridir