Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan Milli Məclisinin sədri Monteneqro parlamentinin sədri ilə görüşüb

BAKI, Azərbaycan, 7 may. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Aralıq dənizi Hövzəsi Parlament Assambleyasına üzv və tərəfdaş dövlətlərin parlament sədrlərinin 1-ci Zirvə Toplantısı çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb Qafarova Parlament Assambleyasını

0 baxıştrend.az
Azərbaycan Milli Məclisinin sədri Monteneqro parlamentinin sədri ilə görüşüb
Paylaş:

BAKI, Azərbaycan, 7 may. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Aralıq dənizi Hövzəsi Parlament Assambleyasına üzv və tərəfdaş dövlətlərin parlament sədrlərinin 1-ci Zirvə Toplantısı çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynadığını bildirib və Monteneqronun ilk sammitə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib Tərəflər Azərbaycan-Monteneqro əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlament təmaslarının mühüm rolunu vurğuladılar. Həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu Görüşdə Qafarova Monteneqro tərəfinə Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib Monteneqro tərəfi isə öz növbəsində regionda sülhün bərqərar olmasını hər iki ölkənin siyasi qələbəsi kimi qiymətləndirdiyini bildirib və prosesi dəstəklədiyini bildirib Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler