Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın xarici işlər naziri DFC rəhbəri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

BAKI, Azərbaycan, 13 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 13-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş direktoru Ben Blek ilə əməkdaşlığın perspektivlərini müzakirə edib Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bayramov və Blək arasında keçirilən g

0 baxıştrend.az
Azərbaycanın xarici işlər naziri DFC rəhbəri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 13 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 13-də ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş direktoru Ben Blek ilə əməkdaşlığın perspektivlərini müzakirə edib Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bayramov və Blək arasında keçirilən görüşün yekunlarına dair dərc olunmuş hesabatda bildirilir Nazirlikdən verilən məlumata görə, müzakirələrdə Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. çoxşaxəli əməkdaşlıq, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar, investisiya imkanları Bundan başqa, rəsmilər Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji əlaqələrdə mühüm rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, o cümlədən regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar Görüşdə tərəflər Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, bu görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd ediblər. Bu kontekstdə iqtisadiyyat, enerji, nəqliyyat əlaqələri, yüksək texnologiyalar, o cümlədən təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yüksək qiymətləndirilib və bu çərçivədə görülən işlərə nəzər salınıb Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsinə baxılıb Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Kaynak: trend.az

Diğer Haberler