Heydər Əliyev Azərbaycan xalqını və dövlətini ən taleyüklü məqamlarda xilas edib - RƏY
Azərbaycan xalqının XX əsrdə və müstəqillik dövründə qarşılaşdığı ən mürəkkəb, ən taleyüklü məqamlarda Ümummilli Lider Heydər Əliyev tarix səhnəsinə çıxaraq xalqını və dövlətini fəlakətdən xilas etdi Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib Onun sözlərinə görə, tarix b

Azərbaycan xalqının XX əsrdə və müstəqillik dövründə qarşılaşdığı ən mürəkkəb, ən taleyüklü məqamlarda Ümummilli Lider Heydər Əliyev tarix səhnəsinə çıxaraq xalqını və dövlətini fəlakətdən xilas etdi Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib Onun sözlərinə görə, tarix bəzən xalqların taleyinə elə ağır sınaqlar yazır ki, həmin məqamlarda bir şəxsiyyətin qətiyyəti, uzaqgörənliyi və siyasi iradəsi bütöv bir dövlətin gələcəyini müəyyən edir: "Azərbaycan xalqının XX əsrdə və müstəqillik dövründə qarşılaşdığı ən mürəkkəb, ən taleyüklü məqamlarda məhz belə bir şəxsiyyət – Ümummilli Lider Heydər Əliyev tarix səhnəsinə çıxaraq xalqını və dövlətini fəlakətdən xilas edib. Bu gün müstəqil, güclü və qalib Azərbaycanın mövcudluğu haqqında danışarkən bir həqiqəti xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin bugünkü qüdrətinin təməli hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən qoyulub" Deputat qeyd edib ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanı durğunluqdan, gerilikdən və mərkəzdən asılı vəziyyətdən çıxararaq onu keçmiş Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib "O dövrdə Azərbaycanda həyata keçirilən iqtisadi, sosial və mədəni inkişaf proqramları sadəcə statistik göstəricilərdən ibarət deyildi. Bu, əslində, gələcək müstəqil dövlətin iqtisadi bünövrəsinin yaradılması prosesi idi. Yeni zavodlar, fabriklər, sənaye kompleksləri tikilir, kənd təsərrüfatı inkişaf etdirilir, minlərlə kilometr yol çəkilir, şəhər və rayonların siması dəyişirdi. Azərbaycanın müxtəlif bölgələrində yaradılan istehsal müəssisələri ölkənin iqtisadi xəritəsini yenidən formalaşdırırdı. Daha önəmlisi isə milli kadr potensialı hazırlanırdı. Minlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilir, gələcəyin mühəndisləri, hərbçiləri, alimləri və dövlət xadimləri yetişdirilirdi" E. Akimova ci illərin Azərbaycan tarixində sadəcə inkişaf dövrü deyil, milli dirçəliş mərhələsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb "O illərdə formalaşan iqtisadi güc, milli özünüdərk və peşəkar kadr bazası sonradan müstəqil Azərbaycanın dayaqlarına çevrildi. Lakin tarix xalqımızı yenidən ağır sınaq qarşısında qoydu. 1990-cı illərin əvvəllərində Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək həddinə gəlmişdi. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, minlərlə soydaşımız doğma yurdlarından didərgin salınırdı. Ölkə daxilində isə xaos, anarxiya və idarəsizlik hökm sürürdü" Milli Məclisin üzvü o vaxt hakimiyyətdə olan AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində yol verdiyi kobud səhvləri, səriştəsizliyi və məsuliyyətsizliyi nəticəsində ölkənin uçuruma sürükləndiyini bildirib "Dövlət institutları iflic olmuş, orduda vahid komandanlıq pozulmuş, ayrı-ayrı silahlı dəstələr ölkənin müxtəlif bölgələrində öz qanunlarını tətbiq etməyə başlamışdılar. Bir tərəfdən torpaqlar işğal edilir, digər tərəfdən isə hakimiyyət uğrunda çəkişmələr milli maraqları arxa plana keçirirdi. Rayonlarımızın bir-birinin ardınca işğalı təkcə hərbi məğlubiyyət deyildi. Tariximizə yazılan bu qara ləkələr dövlət idarəçiliyində yol verilmiş ağır səhvlərin və məsuliyyətsiz siyasətin nəticəsi idi. 1993-cü ilin yayında Azərbaycan parçalanmaq, vətəndaş müharibəsinə sürüklənmək və müstəqilliyini birdəfəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir məqamda xalq öz xilaskarına üz tutdu" Deputat deyib ki, Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, dövlət institutlarını yenidən qurub, qanunsuz silahlı dəstələri zərərsizləşdirib və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib "Əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın dövlət kimi mövcudluğu belə ciddi sual altında idi. Ümummilli Liderin qətiyyəti sayəsində çevriliş cəhdləri iflasa uğradıldı, separatçılığın kökü kəsildi, hüquqi dövlət quruculuğuna start verildi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə Azərbaycanın taleyini dəyişən geosiyasi hadisəyə çevrildi. Dünyanın aparıcı enerji şirkətlərini ölkəmizə gətirən bu müqavilə Azərbaycanı beynəlxalq enerji xəritəsinin mühüm aktorlarından birinə çevirdi, iqtisadi müstəqilliyimizin möhkəm təməllərini yaratdı. Heydər Əliyev təkcə dövrün problemlərini həll etmədi, o, Azərbaycanın gələcək onilliklər üçün inkişaf strategiyasını müəyyənləşdirdi. Güclü iqtisadiyyat, peşəkar ordu, milli birlik və müstəqil xarici siyasət kursu onun siyasi irsinin əsas sütunları oldu" Elnarə Akimova bu gün qürurla söylənən tarixi zəfərin köklərinin də məhz həmin siyasətə söykəndiyini vurğulayıb: "Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu böyük qətiyyətlə davam etdirərək Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi. İqtisadi potensial artırıldı, müasir ordu quruldu, beynəlxalq mövqelərimiz möhkəmləndirildi. İllərlə aparılan məqsədyönlü hazırlıq Azərbaycanın öz tarixi missiyasını yerinə yetirməsinə imkan yaratdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və Ali Baş Komandan İlham Əliyevin liderliyinin təntənəsinə çevrildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu "məğlubedilməz" kimi təqdim edilən erməni ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və onlarla yaşayış məntəqəsi işğaldan azad edildi. Nəhayət, Şuşanın azad olunması ilə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi" Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin edib "Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və bütün Qarabağda əzəmətlə dalğalanmağa başladı. Beləliklə, Ulu Öndərin vaxtilə söylədiyi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" fikri tarixi reallığa çevrildi. Bu gün Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın söz sahibi olan dövlətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycan xalqı qalib xalq kimi yeni inkişaf mərhələsinə qədəm qoyur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


