Azərbaycanın xarici işlər naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüş keçirib, o, səfirin etimadnaməsinin surətini qəbul edib Nazir səfiri yeni təyinatı münasibətilə təbrik

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüş keçirib, o, səfirin etimadnaməsinin surətini qəbul edib Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb Görüşdə Azərbaycan-Britaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb Tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiya, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər Bundan əlavə, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin, yüksək səviyyəli təmasların və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb Nazir Ceyhun Bayramov həmkarına regiondakı mövcud vəziyyət, münaqişədən sonrakı dövrün yeni reallıqları, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Azərbaycanın atdığı addımlar barədə ətraflı məlumat verib Səfir Dunkan Norman Azərbaycanda fəaliyyətinin başlamasından məmnunluğunu ifadə edib və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün səylərini əsirgəməyəcəyini bildirib Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub


