Azərbaycan nümayəndə heyəti Bonnda İqlim Danışıqlarının əsas sessiyasında iştirak edir (FOTO)
BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib Məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Törəmə Qurumlarının 64-cü sessi

BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib Məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Törəmə Qurumlarının 64-cü sessiyasında (SB64) fəal iştirakını davam etdirir Bu kontekstdə COP29-un Bakı Şəffaflıq Platformasının (BTP) təşəbbüsü ilə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri tərəfindən birgə sessiya təşkil olunub. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü təcrübələri, mövcud problemlər və ikinci dövrə hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə dəstək müzakirə olunub. BTP çərçivəsində növbəti sessiyanın bu ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi çərçivəsində təşkil edilməsi qərara alınıb Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən praktik fəaliyyətə: böhran və həssaslıq şəraitində uyğunlaşma və sülhü dəstəkləyən innovativ tərəfdaşlıqlar” adlı tədbirdə münaqişə və iqlim risklərinə məruz qalan regionlarda dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə olunub Məlumatda bildirilir ki, Azərbaycan və Braziliyaya verilən mandat əsasında hazırlanmış və COP30-a qədər təqdim edilən 1,3 trilyon dollarlıq iqlim maliyyələşdirilməsinə dair Bakıdan Belem Yol Xəritəsinin icrası ilə bağlı dövlət və özəl qurumların iştirakı ilə dialoq aparılıb. Tədbirdə yol xəritəsinin icrası ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb COP29, COP30 və COP31 sədrliklərinin Troyka mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya da təşkil olunub. Sessiyada tərəflərin və qeyri-tərəflərin mövqeləri dinlənilib, səslənən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd edilib Eyni zamanda, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Çərçivəsi çərçivəsində Tərəqqinin Çoxtərəfli və Fasilitativ İcmalının yüksək səviyyəli seqmentində və Azərbaycanın ikiillik şəffaflıq hesabatı üzrə texniki dialoqda iştirak etmişdir. Beləliklə, Azərbaycanın ilk ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi başa çatıb Eyni zamanda, nümayəndə heyəti UNFCCC çərçivəsində tematik danışıqlarda, mandatlaşdırılmış tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə verib


