Azərbaycan Naxçıvanda yeni mərkəzlə enerji infrastrukturunu gücləndirir
BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanın Naxçıvan şəhərində “Koroğlu” yarımstansiyasının yerində yeni enerji mərkəzi tikiləcək Bu barədə dövlət satınalmalarının vahid internet portalında dərc olunan hesabatda bildirilib Məlumata görə, enerji infrastrukturunun yenilənməsi və elektrik enerjisi təchi

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanın Naxçıvan şəhərində “Koroğlu” yarımstansiyasının yerində yeni enerji mərkəzi tikiləcək Bu barədə dövlət satınalmalarının vahid internet portalında dərc olunan hesabatda bildirilib Məlumata görə, enerji infrastrukturunun yenilənməsi və elektrik enerjisi təchizatının dayanıqlığının artırılması məqsədilə Naxçıvan şəhərində yeni yarımstansiyanın tikintisi nəzərdə tutulub Məlumatda bildirilir ki, şəhərdə mövcud “Koroğlu” yarımstansiyası sökülərək yerində yeni 110/35/10 kV-luq, 2x40 MVA yarımstansiya və idarəetmə mərkəzi tikiləcək Layihəyə “Azərişıq” ASC tərəfindən start verilib. Hazırda qurum tikinti-quraşdırma işlərini həyata keçirəcək şirkətin seçilməsi prosedurlarını davam etdirir İlkin məlumata görə, layihənin ümumi dəyəri 17,7 milyon manat (10,4 milyon dollar) təşkil edir “Azərişıq” ASC son illər ölkənin elektrik şəbəkəsinin yenilənməsi, yarımstansiyaların müasirləşdirilməsi, regionların enerji təchizatının dayanıqlığının artırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu çərçivədə yeni yarımstansiyaların tikintisi, köhnə avadanlıqların müasirləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib Naxçıvanda həyata keçiriləcək yeni layihənin də regionun artan enerji tələbatının daha səmərəli şəkildə ödənilməsinə və şəbəkənin etibarlılığının artırılmasına töhfə verəcəyi gözlənilir Bundan başqa, son günlər “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri də açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaşların müraciətləri, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (ERA) daxil olan məlumatlar əsasında qurumun elektrik enerjisi təchizatı sahəsində fəaliyyətini araşdırıb Araşdırma zamanı elektrik enerjisi istehlakının tənzimlənməsində, abonentlərə verilən bildirişlərin məzmununda, elektrik enerjisinin verilişi dayandırılarkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə əməl olunmasında müəyyən nöqsanlara yol verildiyi müəyyən edilib Nəticədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılara təqdim olunan hesablarda mövcud borcun göstərilməsi, yazılı xəbərdarlıqların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, elektrik enerjisi təchizatının müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilməsi barədə “Azərişıq” ASC-yə icrası məcburi olan göstəriş verilib Bundan başqa, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında iştirak etdiklərinə görə “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt, Yasamal Regional Enerji Təchizatı və Satışı idarələrinin rəislərinə və onların enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyaları tətbiq edilib Agentlik qeyd edib ki, hazırda “Azərişıq” ASC elektrik enerjisi təchizatında qanunvericiliyin tələblərinə əməl olunması və abonentlərlə işin daha səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirir
