Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 2030-cu ilə qədər süd və mal əti istehsalı hədəflərini açıqlayıb

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanın heyvandarlıq sektoru 2030-cu ilədək süd istehsalını 11 faiz, mal əti istehsalını isə 21 faiz artırmağı hədəfləyib. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib Qədimova “Azərbaycan Respublikasının 2026–2030-cu i

0 baxıştrend.az
Azərbaycan 2030-cu ilə qədər süd və mal əti istehsalı hədəflərini açıqlayıb
Paylaş:

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanın heyvandarlıq sektoru 2030-cu ilədək süd istehsalını 11 faiz, mal əti istehsalını isə 21 faiz artırmağı hədəfləyib. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib Qədimova “Azərbaycan Respublikasının 2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə İsmayıllıda keçirilən regional müşavirədə bu barədə məlumat verib Onun sözlərinə görə, 2026–2030-cu illər üçün Dövlət Proqramında intensiv bağçılıq, südçülük və ətlik maldarlığın inkişafına yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulub “İntensiv bağların salınması üçün ilkin investisiya dəstəyi veriləcək, aqrotexniki baxım subsidiyalarının bir hissəsi əvvəlcədən ödəniləcək, GlobalG.A.P. və orqanik sertifikatların alınması üçün sertifikatlaşdırma subsidiyasına müraciət ediləcək”, - o qeyd edib Qədimova həmçinin qeyd edib ki, heyvandarlıq sahəsində də qarşıya mühüm hədəflər qoyulub. Beləliklə, 2030-cu ilə qədər süd istehsalının 11%, mal əti istehsalının isə 21% artırılması planlaşdırılır “Bu məqsədlə süd və ət klasterlərinin yaradılması, 1000-ə yaxın müxtəlif tutumlu yeni təsərrüfatların formalaşdırılması, damazlıq heyvanların tədarükünün genişləndirilməsi nəzərdə tutulur Proqram 90 süd qəbulu məntəqəsinin və 15 dəri qəbulu məntəqəsinin yaradılmasına dəstək verəcək və eyni zamanda iribuynuzlu mal-qaranın tam identifikasiyası aparılacaq”, - deyə rəsmi izahat verib Qurum rəsmisi vurğulayıb ki, qoyunçuluğun inkişafı üçün 300 yeni yarımintensiv təsərrüfatın yaradılması, 10 yun qəbulu məntəqəsi və bir yun emalı müəssisəsinin tikintisi, o cümlədən 480 min hektar otlaq və örüş sahələrinin bərpasına köməklik göstəriləcək

Kaynak: trend.az

Diğer Haberler