Azərbaycan ölkənin gömrük gəlirlərinin azalmasının əsas amillərini açıqlayır
BAKI, Azərbaycan, 12 iyun. Hesablama Palatasının məlumatına görə, büdcəyə gömrük rüsumları üzrə daxilolmaların azalmasına təsir edən əsas amillər kimi hesabat dövründə proqnozlarla müqayisədə faktiki idxal həcmlərinin azalması, eləcə də ƏDV-li idxalın azalması göstərilir Bu barədə Palatanın “2025

BAKI, Azərbaycan, 12 iyun. Hesablama Palatasının məlumatına görə, büdcəyə gömrük rüsumları üzrə daxilolmaların azalmasına təsir edən əsas amillər kimi hesabat dövründə proqnozlarla müqayisədə faktiki idxal həcmlərinin azalması, eləcə də ƏDV-li idxalın azalması göstərilir Bu barədə Palatanın “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə dair hesabatında deyilir "2025-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 6,3 milyon manat vəsait daxil olub. Bu rəqəm təsdiq edilmiş proqnozla müqayisədə 230,1 milyon manat və ya 3,5%, 2024-cü ilin göstəriciləri ilə müqayisədə isə 278,8 milyon manat və ya 4,2% azdır", - deyə məlumatda qeyd olunub Hesabata görə, 2025-ci ildə idxalın həcmi (qeyri-monetar qızıl istisna olmaqla) 18 115,0 milyon dollar təşkil edib ki, bu da proqnoz göstəricisindən 306,2 milyon dollar və ya 1,7% azdır Eyni zamanda, gömrük rüsumlarının idxalın həcminə nisbəti 2023 və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndi azalaraq 20,7%-ə düşüb Hesabatda qeyd olunur ki, ƏDV-li idxalın 333,5 milyon dollar və ya 2,5% azalması DGK çərçivəsində ümumi gəlirə də mənfi təsir göstərib
