Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sahələrinin artırılması hədəflərini açıqlayır

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. 2030-cu ilədək Azərbaycanda müasir suvarma sahələrinin 300 min hektara çatdırılması planlaşdırılır. Trend-in Qarabağ bürosunun tədbirdən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib O, bunu “Azərbaycan Respublikasında kənd təsərrüf

0 baxıştrend.az
Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sahələrinin artırılması hədəflərini açıqlayır
Paylaş:

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. 2030-cu ilədək Azərbaycanda müasir suvarma sahələrinin 300 min hektara çatdırılması planlaşdırılır. Trend-in Qarabağ bürosunun tədbirdən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib O, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağcabədi rayonunda keçirilən Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib Əliyevin sözlərinə görə, proqram çərçivəsində buğda istehsalının artırılması, müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılıq və heyvandarlığın inkişafı əsas prioritetlər kimi müəyyən edilib Nazir müavini qeyd edib ki, buğda istehsalı üçün hədəf rayon kimi 22 rayon seçilib və bu sahələrdə orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulub. Bundan əlavə, 8 perspektivli rayonda meliorativ tədbirlərlə məhsuldarlığın artırılması nəzərdə tutulur O qeyd edib ki, hazırda ölkədə müasir suvarma sistemləri ilə təmin olunan torpaq sahəsi 130 min hektardır. Dövlət proqramına əsasən, 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur “Fermerlərin müasir suvarma sistemlərinə keçidinin sürətləndirilməsi məqsədilə güzəştli satış, kredit dəstəyi, əlavə subsidiya mexanizmləri tətbiq olunacaq Proqram çərçivəsində 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi nəzərdə tutulub. Bundan əlavə, 150 min ton əlavə taxıl silosunun və 100 min ton əlavə soyuducu anbarın yaradılması üçün dəstək mexanizmləri hazırlanacaq”, - rəsmi Onun sözlərinə görə, heyvandarlıq sahəsində də qarşıya mühüm hədəflər qoyulub. Belə ki, 2030-cu ilədək süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması, sürüdə damazlıq heyvanların xüsusi çəkisinin xeyli artırılması nəzərdə tutulur “Dövlət Proqramının əsas məqsədi mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və rəqabət qabiliyyətinin artırılmasıdır”

Kaynak: trend.az

Diğer Haberler