İtaliya Rəqabət Təşkilatı Apple-ın "iCloud" xidmətləri ilə bağlı araşdırmaya başlayıb
İtaliya Rəqabət Qurumunun (Antitrust-AGCM) ABŞ mərkəzli texnologiya şirkəti Apple-ın “bulud” xidmətlərindən biri olan “iCloud”dakı bəzi xidmətlərin Avropa Birliyinin (Aİ) Rəqəmsal Bazarlar Qanununu pozduğu əsası ilə araşdırma başlatdığı bildirilib Qurumdan edilən yazılı açıqlamada, üçüncü tərəf bu
İtaliya Rəqabət Qurumunun (Antitrust-AGCM) ABŞ mərkəzli texnologiya şirkəti Apple-ın “bulud” xidmətlərindən biri olan “iCloud”dakı bəzi xidmətlərin Avropa Birliyinin (Aİ) Rəqəmsal Bazarlar Qanununu pozduğu əsası ilə araşdırma başlatdığı bildirilib Qurumdan edilən yazılı açıqlamada, üçüncü tərəf bulud xidməti təminatçılarının iCloud ilə eyni şərtlərə malik olmaya biləcəyinə dair tapıntıların əldə edildiyi və Apple-ın "iOS" və "iPadOS" əməliyyat sistemlərinə aid olan AB Rəqəmsal Bazarlar Qanunu çərçivəsində qarşılıqlı fəaliyyət öhdəliyinə uyğunluqları ilə bağlı araşdırmaya başlanıldığı ifadə edildi Açıqlamada xatırladılıb ki, Apple sözügedən qanuna uyğun olaraq üçüncü tərəf 'bulud' provayderlərinə iOS və iPadOS əməliyyat sistemləri ilə pulsuz və effektiv qarşılıqlı fəaliyyət təmin etməyə borcludur Açıqlamada üçüncü tərəf bulud provayderlərinin Apple-ın iCloud xidməti ilə eyni şərtlərə malik olmadığı vurğulanıb və eyni şərtlərə çıxışı olmadığı da qeyd edilib Bu arada, Antitrust-AGCM-nin Aİ Rəqəmsal Bazarlar Aktının 38-ci maddəsinə əsasən səlahiyyətlərindən ilk dəfə istifadə etdiyi bildirilib

