Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 9-cu Çin-Avrasiya Sərgisində öz iqtisadi potensialını təqdim edir (FOTO)

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Çin-Avrasiya Sərgisində yaradılmış milli stend Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika və tranzit potensialını təqdim edib Bu barədə İqtisadiyyat Nazirliyinin

0 baxıştrend.az
Azərbaycan 9-cu Çin-Avrasiya Sərgisində öz iqtisadi potensialını təqdim edir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Çin-Avrasiya Sərgisində yaradılmış milli stend Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika və tranzit potensialını təqdim edib Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Məlumatda qeyd olunub ki, cari ilin 25-29 iyun tarixlərində Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində keçirilən 9-cu Çin-Avrasiya sərgisində Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Sərgidə Azərbaycanın iqtisadi və investisiya potensialı, nəqliyyat və tranzit imkanları nümayiş etdirilib. Sərgidə eyni zamanda, Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin xətti ilə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar da təqdim olunub Sərgi çərçivəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Çin (Şandun) - Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələrinin Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Konfransında təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın əlverişli biznes mühiti, investisiya potensialı, investorlar üçün yaradılmış imkanlar, ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi rolu, o cümlədən Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə məlumat verilib 2011-ci ildən keçirilən Çin-Avrasiya Sərgisi Çinin mühüm beynəlxalq iqtisadi və ticarət platformalarından biri hesab olunur. Sərgi Asiya və Avropa ölkələri arasında ticarət, investisiya və sənaye tərəfdaşlıqlarının genişləndirilməsinə xidmət edir. 9-cu sərgidə 27 ölkədən, regiondan və beynəlxalq təşkilatlardan, eləcə də Çinin bütün əyalətlərindən 2000-dən çox şirkət və təşkilat iştirak edib

Kaynak: trend.az

Diğer Haberler