Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyinin əsas diqqət mərkəzində olan istiqamətləri təsvir edir
BAKI, Azərbaycan, 4 iyun. Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin varisi olaraq, bu sahədə inkişaf etdirilən təcrübə, imkanlar və institusional potensiala əsaslanmaqda davam edəcək, - rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib O, bunu Bakı
BAKI, Azərbaycan, 4 iyun. Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin varisi olaraq, bu sahədə inkişaf etdirilən təcrübə, imkanlar və institusional potensiala əsaslanmaqda davam edəcək, - rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib O, bunu Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib O.Əsədov əlavə edib ki, agentliyin qarşısında kibertəhlükəsizliyin tənzimlənməsi və monitorinqi, informasiya infrastrukturunun dayanıqlığının təmin edilməsi, koordinasiya mexanizmlərinin gücləndirilməsi, potensial kibertəhlükələrlə bağlı ümummilli maarifləndirmə kampaniyalarının təşkili kimi mühüm vəzifələr durur Saməddin Əsədov əlavə edib ki, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti ilə əldə olunan nəticələr Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən davam etdiriləcək Nazir müavini qeyd edib ki, kiberhücumlar artıq ayrı-ayrı informasiya sistemlərinə deyil, bütün infrastrukturlara, iqtisadi proseslərə, sosial sabitliyə yönəlib. Məhz buna görə kibertəhlükəsizlik bütün dünyada strateji prioritetlərdən birinə çevrilib Qurum rəsmisi vurğulayıb ki, son illər Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional potensialın genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb O.Əsədov qeyd edib ki, ölkənin kibertəhlükəsizlik sektorunda yeni mühüm addım atılıb. Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin əsasında Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb: