Azərbaycan və Monqolustan hava yolları əməkdaşlığının genişləndirilməsi üçün hüquqi baza yaradıb (FOTO)
BAKI, Azərbaycan, 7 may. Azərbaycan Respublikası və Monqolustan Hökuməti arasında Hava Nəqliyyatı Sazişi imzalanıb. Trend -in məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X hesabında yazıb “Biz Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borkhuu Delger
BAKI, Azərbaycan, 7 may. Azərbaycan Respublikası və Monqolustan Hökuməti arasında Hava Nəqliyyatı Sazişi imzalanıb. Trend -in məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X hesabında yazıb “Biz Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borkhuu Delgersaikxan ilə görüş keçirdik Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava nəqliyyatında mövcud imkanların artırılması məsələləri müzakirə olundu Biz “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Hava Nəqliyyatı Sazişi” imzaladıq. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq, uçuşların həyata keçirilməsi üçün möhkəm hüquqi baza yaradacaq”, - nəşrdə deyilir

