Rusiyadan daha bir yük Azərbaycan üzərindən Ermənistana gedir
BAKI, Azərbaycan, 7 may. Rusiyadan Ermənistana daha bir yük Azərbaycan ərazisindən tranzitlə yola salınıb Bu dəfə daşınma 2 vaqon alüminium və 9 vaqon taxıldan ibarət olub Vaqonlar Biləcəri stansiyasından yola düşüb 2025-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Q
BAKI, Azərbaycan, 7 may. Rusiyadan Ermənistana daha bir yük Azərbaycan ərazisindən tranzitlə yola salınıb Bu dəfə daşınma 2 vaqon alüminium və 9 vaqon taxıldan ibarət olub Vaqonlar Biləcəri stansiyasından yola düşüb 2025-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranzitinə işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana göndərilməsi olub Dekabrın 18-də SOCAR Ermənistana 1220 ton RON-95 motor yanacağı göndərib. 9 yanvar 2026-cı il tarixdə ümumilikdə 2698 ton yük (48 vaqon), o cümlədən 1742 ton RON-95 benzini və 956 ton dizel yanacağı yola salınıb Yanvarın 11-də 979 ton RON-92 benzini daşıyan 18 vaqonlu qatar gətirilib. Fevralın 25-də 4500 ton dizel yanacağı, martın 5-də 31 vaqonda 1984 ton dizel və 2 vaqonda 135 ton rus gübrəsi daşınıb. Əlavə partiyalara martın 9-da yeddi vaqondan ibarət Rusiya taxıl qatarı və martın 11-də 1023 ton taxıl (xalis çəki: 770 ton) yüklənmiş cəmi 11 vaqon daxil idi Bu il martın 24-də Azərbaycan ərazisindən tranzitlə Ermənistana ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib Martın 25-də ümumi çəkisi 350 ton olan 5 vaqon buğda Azərbaycandan tranzitlə Ermənistana yola salınıb Aprelin 1-də 349 ton Rusiya buğdası Azərbaycandan tranzitlə Ermənistana göndərilib Bundan başqa, aprelin 21-də Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı ilə yüklənmiş 16 vaqondan ibarət qatar yola salınıb Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması daşınıb Martın 25-də ümumi çəkisi 350 ton olan beş vaqon buğda daşınıb Aprelin 1-də ümumilikdə 349 ton Rusiya buğdası Azərbaycandan keçməklə Ermənistana tranzit yolla daşınıb Aprelin 21-də Azərbaycandan Ermənistana ümumi çəkisi 974 ton olan 16 vaqon dizel yanacağı daşınıb Aprelin 24-də Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana ümumi çəkisi 350 ton olan 5 vaqon buğda daşınıb Aprelin 30-da tranzit olaraq Rusiyadan Azərbaycan ərazisindən Ermənistana ümumi çəkisi 279 ton olan 4 vaqon buğda və 203 ton ağırlığında 3 vaqon gübrə daşınıb Mayın 3-də Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana ümumi çəkisi 536 ton olan 8 vaqon gübrə daşınıb Mayın 4-də Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana ümumi çəkisi 678 ton olan 10 vaqon gübrə daşınıb Mayın 6-da Rusiyadan Azərbaycan ərazisindən keçməklə Ermənistana 271 ton gübrə və 275 ton taxıl daşıyan 4 vaqon göndərilib

