Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan XİN rəhbəri ICMP baş direktoru ilə danışıqlar aparıb (FOTO)

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 30-da Azərbaycanda səfərdə olan İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberqer ilə görüşüb Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Gör

0 baxıştrend.az
Azərbaycan XİN rəhbəri ICMP baş direktoru ilə danışıqlar aparıb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 30 iyun. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iyunun 30-da Azərbaycanda səfərdə olan İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberqer ilə görüşüb Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Görüş zamanı tərəflər Azərbaycan ilə CMP arasında əməkdaşlıq məsələlərini, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün münaqişədən sonrakı dövrdə həyata keçirilən tədbirləri, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər Nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində 4000-ə yaxın azərbaycanlının taleyinin bu günə qədər naməlum qaldığını qeyd edərək, itkin düşmüş şəxslərin probleminin Azərbaycanın humanitar prioritetlərindən biri olduğunu vurğulayıb. Bu kontekstdə qeyd olunub ki, Ermənistanın kütləvi məzarlıqların yerləri, dəfn təfərrüatları və mina xəritələri ilə bağlı mövcud məlumatları tam şəkildə açıqlaması itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir Tərəflər Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Saziş layihəsində itkin düşmüş şəxslərlə bağlı müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bununla bağlı etimadın yaradılması və humanitar nəticələrin aradan qaldırılması üçün əməli addımların vacibliyini qeyd ediblər Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Beynəlxalq Komissiya arasında yaradılmış məhsuldar tərəfdaşlıq yüksək qiymətləndirilib, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, şəxsiyyətin müəyyən edilməsi imkanlarının artırılması, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfi 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü humanitar öhdəliklərə sadiq qalaraq, çətin təhlükəsizlik vəziyyətinə və mina təhlükəsinə baxmayaraq, genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirib, meyitləri çıxarılan 2000-dən çox erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar edilmiş kütləvi məzarlıqlar, eksqumasiya və şəxsiyyətin müəyyənləşdirilməsi işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə təqdimat olub Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar

Kaynak: trend.az

Diğer Haberler