Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Bakıda Azərbaycan Respublikası və Finlandiya Respublikası Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Finlandiya nümayəndə heyətinə isə bu

0 baxıştrend.az
Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Paylaş:

BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Bakıda Azərbaycan Respublikası və Finlandiya Respublikası Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Finlandiya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Avro-Atlantika Departamentinin baş direktoru Sari Rautio başçılıq ediblər Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələr müzakirə edilib, davamlı dialoqun davam etdirilməsi üçün beynəlxalq tədbirlər çərçivəsində qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb Sonra iqtisadi, humanitar və təhsil sahələrində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ətrafında müzakirələr aparılıb Məsləhətləşmələr zamanı regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minalardan təmizləmə işləri barədə ətraflı məlumat verilib Bundan əlavə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler