Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistika sərgisində iştirak edir (FOTO)
BAKI, Azərbaycan, 27 aprel. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Çinin Çenqdu şəhərində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistika Sərgisində iştirak edib, nazirlikdəki mənbə Trend-ə bildirib Sərginin açılış mərasimində Azərbaycan və Çin arası

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Çinin Çenqdu şəhərində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistika Sərgisində iştirak edib, nazirlikdəki mənbə Trend-ə bildirib Sərginin açılış mərasimində Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın davamlı inkişafını əks etdirən əsas sazişlər vurğulanıb, nəqliyyat və logistika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib Sərgi çərçivəsində keçirilən 10-cu Asiya-Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Təqdimatlarda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə mühüm rolu və həyata keçirilən infrastruktur layihələri haqqında ətraflı məlumat verilib Sərgidə Azərbaycanın nəqliyyat və logistika imkanlarını nümayiş etdirən xüsusi stend də nümayiş etdirilib
.webp&w=2048&q=70)

