Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Şirvan suvarma kanalının kənd təsərrüfatı üçün faydalarını elan edir

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanda Şirvan suvarma kanalı kənd təsərrüfatı sahəsi üçün yeni imkanlar yaradacaq. Trend-in məlumatına görə, bunu Dövlət Su Təsərrüfatı Agentliyinin sədr müavini İlham Bayramov deyib Bayramov bu barədə iyunun 12-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı

0 baxıştrend.az
Azərbaycan Şirvan suvarma kanalının kənd təsərrüfatı üçün faydalarını elan edir
Paylaş:

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanda Şirvan suvarma kanalı kənd təsərrüfatı sahəsi üçün yeni imkanlar yaradacaq. Trend-in məlumatına görə, bunu Dövlət Su Təsərrüfatı Agentliyinin sədr müavini İlham Bayramov deyib Bayramov bu barədə iyunun 12-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib Onun sözlərinə görə, hazırda həyata keçirilən ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir “Layihə başa çatdıqdan sonra ümumilikdə 56,3 min hektar, o cümlədən Ağsu rayonunda 36 min hektar, İsmayıllıda 2 min hektar, Şamaxıda 17,5 min hektar sahədə dayanıqlı su təchizatı imkanları formalaşacaq Layihə çərçivəsində magistral kanalın uzunluğu 204 kilometr, suvarma qabiliyyəti isə saniyədə 180 kubmetr olacaq” Onun sözlərinə görə, layihə çərçivəsində ölkənin 9 rayonunda 112 min hektar mövcud suvarma sahələrinin su təminatı yaxşılaşdırılacaq, həmçinin 116 min hektar yeni torpaq əkin dövriyyəsinə cəlb olunacaq V.Bayramov daha sonra vurğulayıb ki, kanalın tikintisinə 2024-cü ildə başlanılıb və işlərin 2027-ci ildə başa çatdırılması planlaşdırılır “Su ehtiyatlarından daha səmərəli istifadə etmək üçün damcı və pivot suvarma sistemlərinin tətbiqi genişləndirilir, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin inkişafı istiqamətində işlər davam etdirilir”, - deyə o əlavə edib Bu gün Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional məsləhətləşmələr başlayıb. Məsləhətləşmələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir Müşavirələr 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələləri üzrə müşavirədə verilən tapşırıqların icrası, o cümlədən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub

Kaynak: trend.az

Diğer Haberler