Ayxan Abbasov: Bizə qələbə lazımdır
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib O bildirib ki, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsinə qatılmayıblar: “Bu da planları müəyyən qədər pozdu. İ

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib O bildirib ki, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsinə qatılmayıblar: “Bu da planları müəyyən qədər pozdu. İstəyirdik ki, Malta ilə matçda da qalib gələk. Təəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Görüşün təhlili zamanı da iradlarımızı bildirdik. Qol vurmaq çox vacibdir. Bir yerdə olub, əskikləri görmək önəmlidir. İlk matçdan fərqli olaraq, heyət tamamilə dəyişəcək. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov olacaq. Bizə qələbə lazımdır” Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


