Tenqri
Ana Səhifə
Dünya

Aysel Vəzirovanın kitabı ABŞ-də mükafata layiq görülüb

Hazırda həyat yoldaşı və oğluyla ABŞ-də yaşayan və işləyən Aysel Vəzirova “Sükutun beş qismi” adlı ingilis dilində roman yazıb 525.az xəbər verir ki, Oklahoma Yazıçılar Federasiyasının illik ədəbi müsabiqəsində roman ikinci mükafata layiq görülüb. 1918-ci ildən fəaliyyət göstərən Federasiya ABŞ-ın

0 baxış525.az
Aysel Vəzirovanın kitabı ABŞ-də mükafata layiq görülüb
Paylaş:

Hazırda həyat yoldaşı və oğluyla ABŞ-də yaşayan və işləyən Aysel Vəzirova “Sükutun beş qismi” adlı ingilis dilində roman yazıb 525.az xəbər verir ki, Oklahoma Yazıçılar Federasiyasının illik ədəbi müsabiqəsində roman ikinci mükafata layiq görülüb. 1918-ci ildən fəaliyyət göstərən Federasiya ABŞ-ın ən nüfuzlu ədəbi təşkilatlarındandır Aysel Vəzirovanın romanında hadisələr keçən əsrin 30-cu illərində Bakıda cərəyan edir. Sovet rejimi dinə qarşı amansız mübarizə aparır. Hadisələrin mərkəzində teatr tamaşası zamanı çadrasını atan qadın obrazı durur. Əsərin sonrakı fəsillərində qadın azadlığı uğrunda mübarizənin çətin mərhələləri əksin tapır Azərbaycan, rus, ingilis və ərəb dillərini mükəmməl bilən Aysel Vəzirova məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun və Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın nəvəsi, mərhum Rauf Vəzirovun və Bakı Dövlət Universitetində ərəb dili müəllimi Fidan Rzayevanın qızıdır

Kaynak: 525.az

Diğer Haberler