Tenqri
Ana Səhifə
Dünya

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

Yaxın Şərqdəki gərginlik fonunda son üç ay ərzində Aralıq dənizində xidmət aparan Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı yaxın günlərdə Tulon limanına qayıdacaq AZƏRTAC xəbər verir ki, hərbi mənbələrin verdiyi məlumata görə, gəmi iyulun əvvəlində planlaşdırılmış təmir və texniki xidmət mərhələsinə

0 baxışazertag.az
Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
Paylaş:

Yaxın Şərqdəki gərginlik fonunda son üç ay ərzində Aralıq dənizində xidmət aparan Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı yaxın günlərdə Tulon limanına qayıdacaq AZƏRTAC xəbər verir ki, hərbi mənbələrin verdiyi məlumata görə, gəmi iyulun əvvəlində planlaşdırılmış təmir və texniki xidmət mərhələsinə daxil olacaq. Yanvarın 27-də Tulondan yola çıxaraq, Aralıq dənizinin şərq hissəsində yerləşdirilən aviadaşıyıcının missiyasını bundan sonra “Mistral” tipli helikopterdaşıyan gəmi davam etdirəcək. Onu müşayiət edən hava hücumundan müdafiə freqatı da analoji gəmi ilə əvəzlənəcək Fransanın Prezidenti Emmanuel Makron mart ayında Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən “Şarl de Qoll”un bölgəyə göndərildiyini açıqlamışdı. Gəminin əsas vəzifəsi çəkindirici hərbi mövcudluğu təmin etmək və zərurət yaranacağı təqdirdə mümkün təxliyə əməliyyatlarına dəstək vermək idi May ayında aviadaşıyıcı Süveyş kanalını keçərək, Qırmızı dənizə və daha sonra ABŞ–İran gərginliyinin mərkəzində yerləşən strateji Hörmüz boğazı yaxınlığına istiqamətlənmişdi 2001-ci ildə xidmətə qəbul edilən “Şarl de Qol” Fransa Hərbi Dəniz Qüvvələrinin əsas döyüş platforması sayılan gəmi təxminən 2000 nəfərlik heyəti və 40-a qədər hava vasitəsini daşımaq imkanına malikdir. Onun arsenalına döyüş təyyarələri, erkən xəbərdarlıq təyyarələri və xilasetmə, eləcə də sualtı qayıqlara qarşı əməliyyatlar üçün istifadə olunan helikopterlər daxildir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler