Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan strateji dönüş nöqtəsidir. Bu tarix Azərbaycan xalqının siyasi sabitlik, milli birlik, suverenlik və güclü dövlət iradəsi ətrafında birləşərək öz gələcəyini yenidən təmin etdiyi tarixi mərhələ kimi qiymə

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan strateji dönüş nöqtəsidir. Bu tarix Azərbaycan xalqının siyasi sabitlik, milli birlik, suverenlik və güclü dövlət iradəsi ətrafında birləşərək öz gələcəyini yenidən təmin etdiyi tarixi mərhələ kimi qiymətləndirilir AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar Milli Qurtuluş Gününün ildönümü ilə bağlı açıqlamasında bildirib O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi rəhbərliyə qayıdışı Azərbaycanın dövlətçilik tarixində xilas, toparlanma və institusional quruculuq prosesinin başlanğıcı olub “Həmin dövrdə Azərbaycan ciddi siyasi böhranlar, daxili sabitliyin pozulması, iqtisadi çətinliklər və ərazi itkiləri təhlükəsi ilə üzləşmişdi. Belə mürəkkəb şəraitdə Heydər Əliyevin liderliyi ölkəyə dövlət təfəkkürü, siyasi balans, ictimai etimad və strateji istiqamət qazandırdı. Ümummilli Liderin formalaşdırdığı dövlətçilik strategiyasının əsas sütunlarını güclü dövlət, milli birlik, siyasi sabitlik, müstəqil xarici siyasət, iqtisadi inkişaf, ordu quruculuğu, hüquqa əsaslanan suverenlik və uzunmüddətli inkişaf konsepsiyası təşkil edirdi. Heydər Əliyev müstəqilliyin qorunmasını, dövlət institutlarının möhkəmləndirilməsini və Azərbaycanın beynəlxalq sistemdə nüfuzlu aktora çevrilməsini milli siyasətin əsas hədəfləri sırasında görürdü. Bu strategiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlətin davamlılığı ilə milli iradənin eyni siyasi çərçivədə birləşdirilməsi idi. Heydər Əliyev Azərbaycan cəmiyyətində etimad mühitini yenidən bərpa etdi, dövlət institutlarını gücləndirdi, daxili siyasi sabitliyi təmin etdi və ölkənin inkişafı üçün möhkəm təməl yaratdı. Onun rəhbərliyi dövründə enerji strategiyası, beynəlxalq tərəfdaşlıqlar, diplomatik balans, iqtisadi modernləşmə və təhlükəsizlik siyasəti bir-birini tamamlayan istiqamətlərə çevrildi”, – deyə o bildirib Fond sədri qeyd edib ki, Ümummilli Liderin dövlətçilik fəlsəfəsində güclü iqtisadiyyat, ordu və müstəqil xarici siyasət bir-biri ilə sıx bağlı strateji sahələr kimi nəzərdən keçirilirdi: “Azərbaycanın enerji resurslarının milli maraqlara uyğun şəkildə beynəlxalq əməkdaşlıq platformalarına çıxarılması ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, xarici siyasətdə yeni manevr imkanları yaradıb. Bu yanaşma Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına zəmin hazırladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyasının uğurunu açıq şəkildə təsdiqlədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünü, diplomatik hazırlığını, iqtisadi dayanıqlığını, cəmiyyətin birliyini və siyasi liderlik iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər uzun illər ərzində həyata keçirilən sistemli dövlət siyasətinin, güclü ordu quruculuğunun və milli məqsədlərə sadiqliyin tarixi nəticəsidir” Aygün Attar əlavə edib ki, Prezident İlham Əliyev Heydər Əliyev irsini dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək onu konkret nəticələrə yönəlmiş güclü siyasi xəttə çevirib “Azərbaycan qanuni hüquqlarını qətiyyətlə müdafiə edib, işğal faktı qarşısında prinsipial mövqeyini qoruyub və nəticədə öz ərazi bütövlüyünü hərbi-siyasi iradə, diplomatik güc və milli birlik sayəsində bərpa edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Heydər Əliyev siyasətinin tarixi təsdiqidir. Çünki bu siyasi xəttin əsas məqsədi güclü, müstəqil, suveren, sabit və öz taleyini özü müəyyən edən Azərbaycan dövlətinin qurulması idi. Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq Azərbaycan dövlətçiliyinin davamlılığının, milli iradənin gücünün və liderlik strategiyasının uğurunun simvoludur. Bu baxımdan 15 iyun tarixinin mənası daha da dərinləşib. Milli Qurtuluş Günü Azərbaycanın dövlət kimi yenidən toparlandığı, siyasi sabitliyə qovuşduğu və gələcəyə aparan strateji yolunu müəyyənləşdirdiyi tarixi gündür. Bu günün güclü, qalib və suveren Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik təməlinin və Prezident İlham Əliyevin həmin təməli tarixi zəfərlə taclandıran liderliyinin parlaq nəticəsidir. Milli Qurtuluşdan böyük zəfərə uzanan yol Azərbaycan dövlətçiliyinin ən mühüm siyasi uğur hekayələrindən biri kimi tariximizə yazılıb”, – deyə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


