"Ayaqüstü qidaların zərərlərini saymaqla bitməz" - Mütəxəssis
“Fast-fuddan həddindən artıq istifadə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemlərinə yol açır” Bunu 525.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, bəzən gənclər vaxt çatışmamazlığ

“Fast-fuddan həddindən artıq istifadə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemlərinə yol açır” Bunu 525.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, bəzən gənclər vaxt çatışmamazlığından səhər yeməyindən imtina edərək, birbaşa günün orta saatlarında səhər yeməyi ilə nahar yeməyini bir araya qataraq, həmin “fast fud”larla qidalanırlar. Bununla da, biz orqanizmimizə çox böyük zərbə vurmuş oluruq: “Ayaqüstü qidaların zərərlərini saymaqla bitməz. Amma əsas zərərlərdən biri də mədə-bağırsaq və həzm sistemində pozulmalar yaranır. Çünki həmin qidaların mənşəyi, təmizliyi, hansı vəziyyətdə bişirilməsi haqqında dəqiq məlumat yoxdur. Əksər hallarda əti alovla yaxın bir təmas bişirmək adı altında yandırırlar, bu da xərçəng xəstəliyinin inkişafına səbəb olur”


