Avropa strukturları Ermənistandakı seçki pozuntularını görmək və eşitmək istəmir - RƏY
Ermənistanda seçki prosesi beynəlxalq təşkilatların obyektivliyi ilə bağlı ciddi suallar yaradır Bunu "Report"a açıqlamasında deputat Könül Nurullayeva Ermənistanda keçirilən seçkilərlə bağlı bildirib Onun sözlərinə görə, seçki kampaniyası dövründə siyasi mübarizənin populizm və qarşılıqlı ittiham

Ermənistanda seçki prosesi beynəlxalq təşkilatların obyektivliyi ilə bağlı ciddi suallar yaradır Bunu "Report"a açıqlamasında deputat Könül Nurullayeva Ermənistanda keçirilən seçkilərlə bağlı bildirib Onun sözlərinə görə, seçki kampaniyası dövründə siyasi mübarizənin populizm və qarşılıqlı ittihamlar müstəvisinə keçməsi prosesin əsl mahiyyətini ortaya qoyub: "Səsvermə günü də müxtəlif pozuntular barədə məlumatlar yayılıb. Seçici səslərinin pulla alınması, seçicilərə təzyiq göstərilməsi, ayrı-ayrı siyasi qrupların maliyyə imkanlarından istifadə etməsi, eləcə də xarici mənbələrdən dəstək alınması ilə bağlı iddialar həm müşahidəçilər, həm də media resursları tərəfindən gündəmə gətirilib" Deputatın fikrincə, bu kimi məlumatlara baxmayaraq, beynəlxalq təşkilatlar və xüsusilə Avropa institutları məsələyə lazımi diqqət göstərməyib. "Avropa strukturları bəzi ölkələrdə seçki prosesində baş verən ən kiçik nöqsanları belə sərt tənqid etdiyi halda, Ermənistanda qeydə alınan pozuntuları görmək və eşitmək istəmir. Bu isə ikili standartların bariz göstəricisidir", – o vurğulayıb K. Nurullayeva qeyd edib ki, ATƏT, Avropa Parlamenti və digər beynəlxalq qurumların müşahidə missiyalarına müxtəlif məlumatlar və müraciətlər təqdim olunsa da, onların lazımi səviyyədə nəzərə alınmadığı iddia edilir: "Demokratiya və seçki azadlığı məsələlərində vahid meyarlar tətbiq edilməli, geosiyasi maraqlar bu standartları arxa plana atmamalıdır. Demokratiyanın etibarlılığı yalnız bütün ölkələrə eyni meyarlarla yanaşıldığı, seçki proseslərinin siyasi maraqlardan deyil, obyektiv prinsiplər əsasında qiymətləndirildiyi halda təmin oluna bilər. Ermənistanda qeydə alındığı iddia olunan pozuntulara münasibət Avropa institutlarının seçki proseslərinə yanaşmasında obyektivlik məsələsini yenidən gündəmə gətirir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


