Tenqri
Ana Səhifə
Dünya

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

Avropa Komissiyası İsveçi digər Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədlərdə on ildən artıq müddətdə tətbiq olunan daxili nəzarəti mərhələli şəkildə aradan qaldırmağa çağırıb Brüssel hesab edir ki, bu cür tədbirlər Avropa ölkələri arasında insanların pasport təqdim etmədən sərbəst hərəkətini nəzər

0 baxışazertag.az
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
Paylaş:

Avropa Komissiyası İsveçi digər Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədlərdə on ildən artıq müddətdə tətbiq olunan daxili nəzarəti mərhələli şəkildə aradan qaldırmağa çağırıb Brüssel hesab edir ki, bu cür tədbirlər Avropa ölkələri arasında insanların pasport təqdim etmədən sərbəst hərəkətini nəzərdə tutan Şengen sazişinin prinsiplərinə uyğun deyil. Sazişə görə, daxili sərhədlərdə nəzarət yalnız istisna hallarda və məhdud müddət üçün tətbiq oluna bilər AZƏRTAC xəbər verir ki, 2015-ci ildə baş vermiş miqrasiya böhranı zamanı İsveç Danimarka ilə sərhəddə nəzarət tətbiq edib və həmin vaxtdan onun müddətini mütəmadi olaraq uzadır. Hazırda hakimiyyət orqanları bu tədbirin zəruriliyini transsərhəd cinayətkarlıq və terrorizm də daxil olmaqla, təhlükəsizlik təhdidləri ilə əsaslandırır. Bununla belə, Avropa Komissiyası hesab edir ki, İsveç polisi daxili sərhəd yoxlamaları aparılmadan da təhlükəsizliyi təmin etmək üçün kifayət qədər imkanlara malikdir. Brüssel, eyni zamanda, nəzarətin saxlanılmasının zəruriliyinə dair İsveç hökumətinin təqdim etdiyi əsaslandırmaları yetərli saymadığını bildirib Danimarka, Almaniya, Avstriya, Fransa, İtaliya, Niderland, Sloveniya və Norveç də analoji tövsiyələr alıb. Həmin ölkələr bu tövsiyələrə əməl etməsələr, Avropa Komissiyası gələcəkdə məsələ ilə bağlı Avropa İttifaqı Məhkəməsində araşdırma başlanmasına təşəbbüs göstərə bilər Bu bəyanat Aİ-nin miqrasiya və sığınacaq sahəsində yeni qaydaların tətbiqinə hazırlaşdığı bir vaxtda səsləndirilib. Həmin qaydalar İttifaqın xarici sərhədlərində nəzarətin gücləndirilməsini nəzərdə tutur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır | Tenqri