Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Qazaxıstanın Atırau şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan tədbir keçirilib AZƏRTAC Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadla xəbər verir ki, tədbir Xəlil Dosmuhammedov adına Atırau Universitetində baş konsulluğun təşkilatçıl

Qazaxıstanın Atırau şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan tədbir keçirilib AZƏRTAC Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadla xəbər verir ki, tədbir Xəlil Dosmuhammedov adına Atırau Universitetində baş konsulluğun təşkilatçılığı ilə baş tutub. Mərasimdə universitetin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər Tədbirdən öncə baş konsul Ayxan Süleymanlı universitetdə yaradılan Azərbaycan tədris otağına baş çəkib, kitablar hədiyyə edib, ardınca universitetin rektoru Salamat İdrisovla görüşüb. Görüşdə tərəflər ikitərəfli maraq doğuran məsələləri müzakirə edib, əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar Tədbirdə çıxış edən A.Süleymanlı Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verib, iki ölkə arasında dostluq əlaqələrinin və akademik tərəfdaşlığın əhəmiyyətini vurğulayıb Universitetin rektoru S.İdrisov çıxışında Heydər Əliyevin doğum günü münasibətilə təsis edilən təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun simvollarından birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, artıq 14 ildir ki, bu təqaüd Atırau Universitetinin əlaçı və ictimai fəal tələbələrinə təqdim edilir, indiyə qədər mükafata 66 tələbə layiq görülüb. Rektor qeyd edib ki, baş konsulluğun bu təşəbbüsü iki qardaş ölkə arasında təhsil və mədəniyyət sahəsindəki dostluğun və əlaqələrin bariz nümunəsidir “Novruz” İctimai Birliyinin sədri Eldar Əhmədov isə təqaüdün təhsil və elm sahəsində nailiyyətlərin dəstəklənməsində mühüm rol oynadığını qeyd edib və tələbələrə təhsillərində uğurlar arzulayıb Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan və baş konsulluq tərəfindən hazırlanan slayd-şou, eləcə də onun təhsilə verdiyi önəmlə bağlı çəkilən “Millətin gələcəyi təhsildədir” adlı sənədli film nümayiş etdirilib Mərasimin sonunda Baş konsul A.Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığına və akademik nailiyyətlərinə görə universitet tərəfindən seçilən altı tələbəyə Heydər Əliyev adına təqaüd və təşəkkürnamə təqdim edib Tədbirdə, həmçinin rektor S.İdrisov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A.Süleymanlıya və konsul M.Cəfərovaya Atırau Universitetinin 85 illiyinə həsr olunan yubiley medallarını təqdim edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
