Rusiyanın Ukraynaya hücumları: Sumı vilayətində iki ölü, Zaporojyeyə 800-dən çox zərbə
Ukraynanın Sumı vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb "Son 24 saat ərzində Sumı rayonunun 17 yaşayış məntəqəsi düşmən atəşinə məruz qalıb. Düşmən idarə olunan bombalardan, hücum PUA-larından, FPV pilotsuz

Ukraynanın Sumı vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb "Son 24 saat ərzində Sumı rayonunun 17 yaşayış məntəqəsi düşmən atəşinə məruz qalıb. Düşmən idarə olunan bombalardan, hücum PUA-larından, FPV pilotsuz uçan aparatlarından, artilleriya və minaatanlardan istifadə edib. Belopol icmasında düşmənin pilotsuz uçan aparatlarının endirdiyi zərbələr nəticəsində 64 yaşlı qadın həlak olub, 64 yaşlı qadın isə yaralanıb. 57 yaşlı qadın rus PUA-nın evə çırpılması nəticəsində həlak olub”, - deyə polisin açıqlamasında bildirilir “...Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumların nəticələrini sənədləşdirib, dağıntıları qeydə alıb və Rusiyanın hərbi cinayətlərinə dair sübutlar toplayıblar”, - deyə polis əlavə edib Zaporojye vilayətində son 24 saat ərzində Rusiya hərbçilərinin atəşə tutması və hava zərbələri nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb, yaşayış binalarına və infrastruktura ziyan dəyib. Bu barədə Zaporojye vilayət polis idarəsinin rəisi İvan Fedorov məlumat verib. Onun məlumatına görə, bir gündə ruslar Zaporojye vilayətinin 41 yaşayış məntəqəsinə 830 zərbə endiriblər Öz növbəsində, Xerson OVA-nın rəhbəri Aleksandr Prokudin Rusiyanın atışması nəticəsində 5 nəfərin yaralandığını bildirib


