Tenqri
Ana Səhifə
Elm

Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir

Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir "Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanın ali t

0 baxışreport.az
Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir
Paylaş:

Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir "Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin üçüncü sərgisinin açılışında deyib Müşavir çıxışında qeyd edib ki, Azərbaycanda Özbəkistanın müasir təhsil imkanlarını və milli təhsil sisteminin potensialını təqdim etmək ölkəsi üçün böyük şərəfdir O vurğulayıb ki, Özbəkistanda təhsil sahəsi innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə ardıcıl islahatlar əsasında inkişaf edir "Universitetlərimiz Azərbaycan gənclərinə təkcə keyfiyyətli təhsil deyil, həm də qonaqpərvər, mehriban və zəngin akademik mühit, eləcə də dolğun tələbə həyatı təklif etməyə hazırdır", - o bildirib Ramazanov məlumat verib ki, son illərdə Özbəkistanda təhsil alan tələbələrin sayı əhəmiyyətli dərəcədə, ayrı-ayrı istiqamətlər üzrə 10 dəfə artıb: "Özbəkistanda təhsil almaq istəyənlərin sayı 5 min nəfəri ötüb. Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir Onun sözlərinə görə, bu gün təhsil sahəsində formalaşan əlaqələr gələcəkdə Özbəkistan və Azərbaycanda yeni nəsil alimlərin, mühəndislərin, sahibkarların və dövlət xadimlərinin yetişməsinə töhfə verəcək Bu il sərgidə Özbəkistanın 16 ali təhsil müəssisəsi - Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Daşkənd Dövlət Tibb Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Termez Dövlət Pedaqoji İnstitutu, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, Əndican Dövlət Tibb İnstitutu və s. iştirak edir Bundan başqa, sərgidə xarici universitetlərlə beynəlxalq tərəfdaşlıq formatında fəaliyyət göstərən Turin Politexnik Universiteti və Daşkənddəki İnha Universiteti təmsil olunub Sərgi abituriyentlərin təhsil proqramları, qəbul şərtləri və beynəlxalq təhsil imkanları haqqında ətraflı məlumat əldə edə biləcəyi birbaşa dialoq platformasıdır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Атабек Рамазанов: Жастар білімі мен диалогы Әзірбайжан-Өзбекстан қарым-қатынасын нығайтады | Tenqri