Sİ-yə həsr olunmuş saqa - Telman Orucovdan yeni yazı
Oxucunu intizarda qoymamaq üçün, deməliyəm ki, söhbət süni intellektə, onun yaradılmasına və gələcəkdəki böyük roluna həsr olunmuş kitabdan gedir. Kitabın adında abbreviaturadan istifadə edildiyinə görə, məqalədə də dilimizdəki həmin sözlərin baş hərflərinə müraciət edilmişdir. Beş il bundan əvvəl

Oxucunu intizarda qoymamaq üçün, deməliyəm ki, söhbət süni intellektə, onun yaradılmasına və gələcəkdəki böyük roluna həsr olunmuş kitabdan gedir. Kitabın adında abbreviaturadan istifadə edildiyinə görə, məqalədə də dilimizdəki həmin sözlərin baş hərflərinə müraciət edilmişdir. Beş il bundan əvvəl, 2021-ci ildə Böyük Britaniyada ilk dəfə "The age of Aİ" ("Sİ epoxası") kitabı çapdan çıxmışdı. Süni intellektin yeni və olduqca vacib sahə olduğunu izah edən əsər 2024-cü ildə ABŞ-da yenidən nəşr edilmişdir. İki ilə yaxın müddətdən sonra paytaxtımızın küçə bukinistlərinin açıq havadakı piştaxtalarında da görünmüşdü Kitabın müəllifləri heç də adi adamlar deyildir. Üç müəllifdən biri Birləşmiş Ştatların görkəmli siyasi xadimi, əsərləri ilə dünyada şöhrət tapmış, mərhum Henri Kissincerdir. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Digər müəlliflər isə görkəmli alimlər olan Quqlun icraçı sədri Erik Şmidt və Massaçisets Texnoloji İnstitutunun (MİT) Kompüter kollecinin dekanı Deniel Hattenloxerdir Kitabın müqəddiməsində qeyd edilir ki, beş il əvvəl konfransda süni intellekt (Sİ) - artificial intelligence, qısa şəkildə AI mövzusu gündəliyə çıxarılmışdı. Bir sıra alimlər elan etdilər ki, Sİ tezliklə bəşər cəhdlərinin, demək olar ki, hər bir sahəsində öz təsirini göstərəcəkdir. Hər gün, hər yerdə Sİ populyarlıq qazanır. Artan sayda tələbələr bu sahədə ixtisaslaşır, onda və ona yaxın olan sferalarda karyera qurmağa hazırlaşırlar Bu baxış diskussiyalara aparıb çıxardığına görə, tezliklə onlara bu üç müəllif də qoşuldu və labüd olaraq, həmin kitab meydana çıxdı. Onlar bir-birindən fərqli qaydada olsa da, Sİ-nin yayılması səviyyəsinə görə həmçinin öz nikbin münasibətlərini bildirdilər. Onlar razılaşdılar ki, texnologiya insan zəkasını, biliyini, mənimsəmə qabiliyyətini və reallığı dəyişdirir. Bu da bəşər tarixinin gedişinin sistemli şəkildə metamorfozaya uğramasına səbəb olur. Cəmiyyətlər buna nail olmaq üçün təkcə vəzifəni başa düşməkdə deyil, həm də ona uyğunlaşmaqda öz səylərini birləşdirməlidirlər. Adamlar bu mənzərəni seyr etdikcə, özləri üçün gələcəyin necə olacağı seçimini edə biləcəklər. İndiyə qədər isə insanlar həyatda baş veən hər şeyə nəzarət edirdilər Sİ bir epoxa yaradan transformasiyaları vəd edir, onun təsiri cəmiyyətdə, iqtisadiyyatda, siyasətdə və xarici əlaqələrdə özünü göstərəcəkdir. İqtisadi cəhətdən güclü dövlətlər onun əhəmiyyətini nəzərə alaraq, həm elmi axtarışlara, həm də yeni sahənin nailiyyətlərinin tətbiqinə külli miqdarda investitsiya qoyur. Amerikan Sİ fondu 38 milyard dollarlıq məbləğlə başlanğıcını götürmüşdür. Onların Asiyadakı sirdaşlarının fondu 25 milyarda, Avropadakılarınkı isə 8 milyard dollara yüksəldi. Maliyyə imkanları Sİ-nin inkişafına və onun böyük fayda verəcəyinə olan inamı daha da gücləndirir. Bu sahədə baş verən hər bir fakt mənzərənin hissələrindən başqa bir şey olmasa da, ümumi müsbət münasibətin bariz göstəricisidir Yalnız izolyasiya şəraitində, onlar hansısa azmış bir təki yeni yola döndərə bilərdi. Ona görə də həmin müəlliflər üçlüyü görüşməklə, bu gözləmələrə və digər suallara görə olan imkanları və Sİ-nin yüksəlişindən yaranan çağırışları birləşdirməyə cəhd etdilər. Lakin bu iş COVİD-19 pandemiyası ilə üst-üstə düşdü. Buna baxmayaraq, onlar Sİ-yə olan öz nikbin münasibətlərini dəyişdirmədilər Əlbəttə, yeni epoxanı bir sadə cilddə əhatə etmək cəhdi özündənrazılıq kimi görünə bilərdi. Heç bir ekspert, heç bir cəhət onun sahələrini, gələcəkdə maşınların öyrənilməsi variantlarını və məntiqdən istifadə etməklə, onları sadə qaydada birləşdirə bilməz. Cəmiyyətlər, ona görə də təkcə onları birləşdirmək üçün deyil, həmçinin ona uyğunlaşmaq üçün cəhdlərini əlaqələndirməlidir Kitabda qeyd olunur ki, 2017-ci ilin axırında tam inqilab baş verdi. Süni intellekt (Sİ) kimi AlfaZero proqramı quql tərəfindən Dərin Ağıl kimi inkişaf etdirildi və buna qədər dünyadakı ən güclü şahmat proqramı tətbiq edən Stokfişi məğlub etdi. AlfaZeronun qələbəsi həlledici xarakter daşıyırdı: o, 28 oyunu udmuş, 72-sini heç-heçə ilə başa çatdırmış və heç bir oyunu uduzmamışdı. Sonrakı ildə Sİ öz ustalığını bir daha təsdiq etmişdi. Stokfişə qarşı min oyundan 155-ni udmuş, 6-nı uduzmuş və qalanlarını isə heç-heçə ilə başa çatdırmışdı Həm də AlfaZero öz rəqibindən fərqli olaraq adi şahmat proqramını işləyib hazırlamamışdı. Əvvəlki proqramlar insan təcrübəsinə, biliyinə və strategiyasına əsaslanmışdı. AlfaZero-nun üslubu isə bütünlüklə Sİ əməliyyatının məhsulu idi. Onun yaradıcıları şahmat qaydalarına, uduş və uduzmaq proporsiyalarını maksimum dərəcəyə qaldırmaq kimi bir strategiyanı əlavə etmişdilər. AlfeZero rəqib kimi özünə qarşı oynamaqla, dörd saat məşğul olduqda, dünyanın ən effektiv şahmat proqramı tək özünü göstərə bildi. Onda yazılanları heç bir insan nə vaxtsa uda bilməzdi. Axı vaxtilə İBM proqramı görkəmli şahmatçı ilə oynadıqda, bu nüfuzıu elmi-texnoloji şirkət uduzmuşdu da. AlfaZero taktikaları isə ortodoks, yəni ümumi qəbul edilən deyildi. İnsan düşüncəsindəki strategiyaya da malik deyildi, çünki insan ağlı bütünlüklə rəqəmlə ifadə oluna bilməz və ya ondan istifadə edə bilməz. Onun oyununu müşahidə və analiz edən məşhur şahmatçı bəyan etmişdi ki, "AlfaZero tərəfindən şahmat öz kökünə qədər titrəməyə məruz qalmışdır" Sİ - süni zəka olub, ən geniş mənada intellektual varlıqların öyrənilməsi və yaradılmasıdır, onlar "effektiv və təhlükəsiz qaydada fəaliyyət göstərməklə hesablamağa" qadirdir və insan intellektini minimum səviyyəsi dərəcəsində tapşırıqları həll edir. Bunlar maşınlarla, əslində kompüter sistemləri ilə həyata keçirilir. Bu maşınlar qarşıya qoyulmuş məqsədlərə nail olmağın şanslarını maksimum qaydada böyüdür, ona görə də onlar süni intellekt adlandırılır Sİ-nin daha məşhur əlavələri öz vəzifəsini qabaqcıl axtarış sistemləri ilə həyata keçirir. Buna misal olaraq quql axtarışını (Binqi), zəmanət verən sistemləri (onlardan biri Amazonda və Nefliksdə istifadə edilir) və sairələri göstərmək olar İngilis alimi Alan Tyurinq elə adam idi ki, bu sahədə ilk böyük tədqiqatçı olmaqla, özünün maşın intellekti adlandırdığı sahədə iri miqyaslı axtarışlar aparmışdı. Sİ, bir akademik fənn kimi 1950-ci ildə yaradılmışdı. Bu sahə bir neçə nikbinlik sikllərini keçdi, lakin uğursuzluq da baş verirdi, belə məğlubiyyəti "süni intellektin qışı" adlandırırdılar. 2012-ci ildən onun maliyyələşməsinin böyüməsi dövrü başlandı, həm də ona maraq xeyli artdı. 2020-ci illərdə şirkətlər, universitetlər və laboratoriyalar, onlar əsasən ABŞ-da yerləşirlər, Sİ sahəsindəki mühüm nailiyyətlərin pionerləri oldular. XXI əsrdə Sİ-nin artan istifadəsi, ictimai və siyasi dəyişikliyi böyük səviyyədəki avtomatlaşdırmağa yönəltdi. O, əmək bazarına, tibbə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğata və həm də informasiyanın pozulmasına öz təsirini göstərdi İntellektual sistemlərin xüsusiyyəti, ənənəvi olaraq insana məxsus sayılan funksiyaların yerinə yetirilməsidir. Həmin Alan Tyurinq 1950-ci ildə "Maşın düşünə bilirmi?" məqaləsini yazdı. Onun təsvir etdiyi prosedura "Tyurinq sınağı" adını aldı, burada maşın, insan zəkası planında müqayisə edilir. Bütün bunları nəzərə alaraq Sİ-nin yaranması və başlanğıcda inkişaf etməsi barədəki məmulatları göstərməyə də ehtiyacı vardır Massaçusets Texnoloji İnstitutunun (MIT) tədqiqatçıları 2020-ci ildə bakteriyaları birbaşa məhv edən yeni, bu vaxtadək məlum olmayan antibiotikin kəşf edildiyini elan etdilər. Bakteriyalar isə bu vaxtadək mövcud olan bütün antibiotiklərə müqavimət göstərirdi. Tədqiqatçılar mümkün olan minlərlə molekullardan istifadə etmişdilər və sınaq aparmaq və səhv etmə yolu ilə bu icadı uğurlu edə bilmişdilər. MIT bəzi şeyləri də etdi, bu prosesdə Sİ-ni də iştirak etməyə dəvət etdi. Əvvəlcə tədqiqatçılar 2 min məlum molekulun "sınaq komplektini" yaratdılar. Sınaq həyata keçiriləndə, tədqiqatçılar Sİ-ni təlimatlandırdılar ki, 61 min molekuldan ibarət kitabxananı müşahidə etsin. Və 61 min molekuldan yalnız biri meyar kimi faydalı oldu, onu tədqiqatçılar məşhur "Odissey məkanı" adlı filmdən götürdükləri Alhal kodunun adından halisin adlandırdılar Halisin artıq bir zəfər idi. Şahmatla müqayisə etdikdə, farmakologiya sahəsi radikal qaydada mürəkkəbdir. Şahmatın hissələrində yalnız 6 tip fiqur mövcuddur, onların hər biri yalnız dəqiq qaydada hərəkət edə bilər və burada cəmi bir uduş şəraiti vardır, bu da rəqibin şahını götürməkdir Kimyaçılar isə öz konsepsiyalarını atom çəkisindən və kimyəvi əlaqələrdən istifadə etməklə, molekulun xüsusiyyətlərini öyrənə bilirlər. Bir neçə aydan sonra Açıq Sİ nümayiş etdirdi ki, Sİ-nin GPT-3 ("generativ sınaqdan əvvəlki dəyişdirici", 3 rəqəmi isə "üçüncü nəsil" mənasını verirdi) adlandırdığı bir model olmaqla, insana bənzər qaydada mətni yarada bilər. GPT-3 öz qabiliyyətinə görə fəlsəfi izahatların meydana gəlməsinə səbəb oldu. O, hər şeyi aktual qaydada başa düşür. Lakin GPT hansısa vicdana və ya mənəvi hissə malik deyildir. GPT müstəqil düşüncəyə də sahib deyildir AlfaZeronun qələbəsi, halisinin kəşf edilməsi və GPT-3-ün insana bənzər mətni istehsal etməsi yeni dərman maddələrinin kəşfi üçün ilk addım olmaqla, həm də yeni bir strategiyanın icadı idi Texnologiyanın yeni sahəsi insan işlərində inqilab yaratdı. Sİ maşınları, tapşırıqları yerinə yetirə bilir, özü də onu olduqca sürətlə reallığa çevirir. Maşın texnoloji prosesi öyrənir, həm də tibdə, ətraf mühitin mühafizəsində tətbiq edilən vasitələri genişləndirir. Sİ yeni alqoritmlər vasitəsilə ucuz olan kompüter gücünü xeyli yüksəldir. Əgər nəzərdə tutulan bütöv vəzifə olmasaydı, Sİ-nin irəliləyişi zəruri olmazdı. İnsanlar məntiqin insana məxsus olmayan formalarını yaratmış və onun ölçülərini müəyyən etmişdi. Bu tapşırıqları həll etməklə, insan fövqəlbəşər tipli icra səviyyəsinə yüksəlmişdir. Sİ sehrləri heç də suallara sadə bir cavab məhsulu deyildir Min illər ərzində bəşəriyyət özünü reallıqdan istifadə etməyə və bilik üçün zəhmət çəkməyə həsr etmişdir. Bir müddətdən sonra bilik hərəkət üçün yeni imkanlar yaratmışdı. Daha dəqiq təqvim düzəldilmiş, naviqasiyada əvvəllər məlum olmayan metodlar tətbiq edilmiş, yeni vaksinlər icad edilmişdi. İnsanlar kompüter proqramını layihələşdirəndə elə modeli öyrənir və tətbiq edir ki, insan olmayan onu tanıya və başa düşə bilməz Bəşəriyyət bütün tarix boyu texnoloji dəyişiklikləri həyata keçirmişdir. Texnologiya bizim cəmiyyətin sosial və siyasi həyatını da fundamental qaydada dəyişdirmişdir. Tüfəng muşketi əvəz etsə də, hərbi fəallıq əsasən dəyişilməmiş qalmışdı, avtomobil atların yerini tutduqda, sosial strukturda dəyişikliyə səbəb olmamışdı. Lakin Sİ bəşər təcrübəsinin bütün səltənətini dəyişdirməyi vəd edir. Bu, insanların necə başa düşdüyünü və onun içində özünün hansı rol oynadığını göstərir. İnsan ağlının, tarixin mərkəzi səhnəsinə etdiyi səyahətə çox əsrlər həsr olunmuşdur. Maarifçilik erası ərzində Rene Dekartın "Mən düşünürəm, mən mövcudam" maksiması insan qabiliyyətini və onun tarixin mərkəzində olmaq iddiasını göstərirdi. AlfaZero-ya gəldikdə, o, illüstrasiyalıdır, başqa sözlə, həm də izah edəndir. O, sübut edir ki, Sİ ən azı oyun oynayanda, artıq insan ağlının qoyduğu limit tərəfindən məcbur edilmir. Onun öz limitləri vardır. Maşınlar elə həll qaydaları icad edirdi ki, bu, insanın təxəyyül dünyagörüşünün arxasında olan kimi görünür


