Astanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilib
Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlikdə yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi yad edilib Tədbir çərçivəsində Heydər Əli

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlikdə yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi yad edilib Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan fotosərgi təqdim edilib. Sərgidə Ulu Öndərin müxtəlif illərdəki fəaliyyəti, dövlət idarəçiliyində rolu və Azərbaycanın inkişafı ilə bağlı tarixi məqamları əks etdirən fotolar nümayiş olunub Daha sonra Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixində rolu, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və xarici siyasət kursunun formalaşdırılması istiqamətində fəaliyyəti barədə danışıb Ağalar Atamoğlanov bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin mühüm mərhələləri ilə bağlıdır. Onun rəhbərliyi dövründə dövlət institutlarının formalaşdırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf üçün əsasların yaradılması və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın sonrakı inkişafında mühüm rol oynayıb. Bu kursun davamı olaraq ölkədə müxtəlif sahələrdə islahatlar aparılıb, Azərbaycanın beynəlxalq mövqeyi güclənib Diqqətə çatdırılıb ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bildirilib ki, müasir dövrdə Azərbaycanın əldə etdiyi nəticələr, o cümlədən ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası Heydər Əliyev siyasi kursunun davamlılığının mühüm göstəricilərindəndir Səfir çıxışında Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə və xalqın mənəvi irsinin yaşadılmasına xüsusi önəm verdiyini də qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


