Ağstafanın Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb
Mayın 9-u saat 10:00-a olan məlumata əsasən mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şək

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


