Tenqri
Ana Səhifə
Dünya

"Arsenal" 55 il əvvəlki rekordunu təkrarlayıb

İngiltərənin "Arsenal" klubu 55 il əvvəlki rekordunu təkrarlayıb "Report" "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Atletiko"nu məğlub etməklə (1:0) nail olub Paytaxt komandası cari mövsümdə 41-ci q

0 baxışreport.az
"Arsenal" 55 il əvvəlki rekordunu təkrarlayıb
Paylaş:

İngiltərənin "Arsenal" klubu 55 il əvvəlki rekordunu təkrarlayıb "Report" "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Atletiko"nu məğlub etməklə (1:0) nail olub Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. "Arsenal" 1970/1971 mövsümündə də 41 qələbəyə çatıb. "Topçular" həmin vaxt FA Kubokunu qazanmışdı Xatırladaq ki, ilk qarşılaşmada "Atletiko" ilə heç-heçə (1:1) edən kollektiv qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. "Arsenal" hazırda İngiltərə Premyer Liqasında 76 xalla liderdir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler