Ermənistan Azərbaycanda Rusiyaya alternativ gördü
Ermənistan Azərbaycandan qaz almağa ümid edir. Bu barədə Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan brifinqdə bildirib "Regionda (Rusiya qazına) alternativlər var - Azərbaycan, Türkmənistan və ya İran. Qaz satan və infrastrukturu bizə bu ölkələrdən qaz al

Ermənistan Azərbaycandan qaz almağa ümid edir. Bu barədə Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan brifinqdə bildirib "Regionda (Rusiya qazına) alternativlər var - Azərbaycan, Türkmənistan və ya İran. Qaz satan və infrastrukturu bizə bu ölkələrdən qaz almağa imkan verən bütün mümkün ölkələr, təbii ki, alacağıq", - Mesropyan bildirib Onun sözlərinə görə, Rusiya qazının Ermənistan üçün qiyməti artsa belə, qazın mövcud tarifləri 2027-ci ilin əvvəlinə kimi qüvvədə qalacaq O qeyd edib ki, ölkədə elektrik enerjisinin təqribən 30-35%-i İES-də istehsal olunur, ona görə də qazın qiymətində hər hansı ciddi artım elektrik enerjisi tariflərinə mənfi təsir göstərəcək


