Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi
İspaniyanın “Real" klubunda keçirilən prezident seçkilərinin qalibi bəlli olub 525.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb Florentino Peres növbəti dəfə "Real"ın prezidenti seçilib. O, ümumi səslərin 66.53 faizini toplamaqla klubdakı prezidentlik fəaliyyətini davam e

İspaniyanın “Real" klubunda keçirilən prezident seçkilərinin qalibi bəlli olub 525.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb Florentino Peres növbəti dəfə "Real"ın prezidenti seçilib. O, ümumi səslərin 66.53 faizini toplamaqla klubdakı prezidentlik fəaliyyətini davam etdirmək hüququ qazanıb. Bu nəticə ilə o, 2030-cu ilə qədər Madrid klubunun rəhbərliyində qalacaq 79 yaşlı Peres bu vəzifə uğrunda iş adamı Enrike Rikelme ilə mübarizə aparırdı Qeyd edək ki, bu, Peresin "Kral klubu"na ardıcıl 8-ci dəfə rəhbərlik edəcəyi prezidentlik dövrü olacaq. O, bu vəzifəni 2009-cu ildən bəri, ondan əvvəl isə 2000-ci ildən 2006-cı ilə qədər davamlı olaraq tutub


