Aqrar sahə və balıqçılıq haqqında yeni qanunlar hazırlanacaq
Aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün aqrar sahə haqqında yeni qanunun hazırlanması nəzərdə tutulur APA xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura

Aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün aqrar sahə haqqında yeni qanunun hazırlanması nəzərdə tutulur APA xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunan dinləmədə bildirib Onun sözlərinə görə, bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunda təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq: "Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq" Nazir deyib ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur: "Yeni "Balıqçılıq haqqında" qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə subioehtiyatların qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq” Məcnun Məmmədov nəzərə çatdırıb ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün məhsul şəhadətnaməsi haqqında qanunun qəbulu nəzərdə tutulur.: "Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək.Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqədar güclənəcək və investisiya imkanları genişlənəcək"


