Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib Publika.az xəbər verir ki, ÜST-nin məlumatına görə, 2023-cü ildə ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotiklərlə müalicəyə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib Publika.az xəbər verir ki, ÜST-nin məlumatına görə, 2023-cü ildə ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotiklərlə müalicəyə davamlı olub Araşdırmalara əsasən, 2021-ci ildə 4,71 milyon ölüm antibiotiklərə davamlı bakteriyalarla əlaqəli olub. Alimlər xəbərdarlıq edirlər ki, təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu göstərici 39 milyona çata bilər Bildirilir ki, hazırda antibiotiklərin 40 faizdən çoxu qan, bağırsaq və sidik yolları infeksiyaları kimi geniş yayılmış xəstəliklərə qarşı qismən və ya tamamilə təsirsizdir Xüsusi narahatlıq doğuran məqamlardan biri də dərmanlara davamlı "E.coli" və "Klebsiella pneumoniae" bakteriyalarının yayılmasıdır. Bu mikroorqanizmlər sepsis də daxil olmaqla ağır infeksiyalara və ölüm hallarına səbəb ola bilir. Məlumata görə, "E.coli" ştammlarının 40 faizdən çoxu, "Klebsiella pneumoniae" ştammlarının isə 55 faizi əsas müalicə vasitələrindən sayılan üçüncü nəsil sefalosporinlərə qarşı davamlıdır ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, antibiotiklərə davamlılığın artması qlobal səhiyyə üçün ciddi təhlükəyə çevrilib. Onun sözlərinə görə, problemin həlli infeksiyaların profilaktikası, erkən diaqnostikası və yeni antibiotiklərin hazırlanmasından asılıdır Yeni fəaliyyət planı 2030-cu ilədək antibiotiklərə davamlı bakterial infeksiyalarla bağlı ölüm hallarının 10 faiz azaldılmasını nəzərdə tutur Mütəxəssislər antibiotiklərin yalnız həkim təyinatı ilə qəbul edilməsinin vacibliyini vurğulayır, özbaşına istifadənin isə təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirirlər Alimlər qocalmanın sirrini açdı: Yeni müalicə üsulları gəlir İnsanlar təhlükə altındadır - Hər il 1,5 milyon ölüm Bu xəstəliklərin müalicəsi məcburidir - Cərimələnə bilərsiniz Yayda buzlu su içməyin faydadan çox zərəri var imiş Beyin sağlamlığı üçün ən dağıdıcı vərdiş - Nevroloq xəbərdarlıq etdi 22 yaşlı qızın bütün dişləri töküldü - SƏBƏB 4 gün yağış yağacaq - Xəbərdarlıq Kimlərə güzəştli kreditlər veriləcək? İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı İlham Əliyev sərəncam imzaladı Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər Azərbaycanda vəzifəli şəxs vəfat etdi

