Tenqri
Ana Səhifə
Dünya

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

İyunun 3-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibliyinin binasında “Türk dünyasının inteqrasiyasında yeni üfüqlər: ortaq gələcəyə doğru strateji baxış” mövzusunda beynəlxalq simpozium keçirilib AZƏRTAC xəbər verir ki, tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, Ankara Türk

0 baxışazertag.az
Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub
Paylaş:

İyunun 3-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibliyinin binasında “Türk dünyasının inteqrasiyasında yeni üfüqlər: ortaq gələcəyə doğru strateji baxış” mövzusunda beynəlxalq simpozium keçirilib AZƏRTAC xəbər verir ki, tədbir TÜRKSOY, “EkoAvrasiya” Fondu, Ankara Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Assosiasiyası (TÜRKSİT) və Türkiyənin Siyasi Strategiyalar Araşdırma Mərkəzinin (POLSAM) təşkilatçılığı ilə baş tutub Türk dövlətlərinin müstəqillik qazanmasının və dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümünə həsr olunmuş simpoziumda Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, elmi və analitik mərkəzlərin nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf, Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu, TÜRKSİT-in rəhbəri Kamal Kurnaz, “EkoAvrasiya” Fondunun İdarə Heyətinin sədri Hikmət Eren və digərləri tədbirin əhəmiyyətindən danışıblar “EkoAvrasiya” Fondunun İdarə Heyətinin sədri ötən 35 ili “Türk dünyasının dirçəliş salnaməsi” adlandırıb, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birliyin əhəmiyyətini vurğulayıb və TÜRKSOY-u Türk dünyasının “mədəni körpüsü” adlandırıb “Bu gün artıq Türk dünyasının birləşməsini arzulayan nəsildən deyil, həmin arzuları həyata keçirən, gələcəyə inamla baxan Türk Dövlətləri Təşkilatından danışırıq”, – deyə H.Eren bildirib O, Türk dünyasında əməkdaşlığın iqtisadi tərəfinə diqqət çəkərək Orta Dəhlizin rolunun getdikcə artdığını qeyd edib: “Bu gün türk dövlətləri üçün ümumi iqtisadi məkanın yaradılmasından və enerji təhlükəsizliyindən tutmuş rəqəmsal transformasiya, təhsil və texnologiyalara qədər müxtəlif sahələrdə yeni imkanlar yaranıb. Bu imkanların uzunmüddətli faydaya çevrilməsi yalnız hökumətlərin deyil, TDT ölkələrinin hər bir sakininin də məsuliyyətidir” TÜRKSİT-in rəhbəri K.Kurnaz da müasir dövrün çağırışlarına diqqət çəkərək, TDT ölkələrinin rəhbərlərinin qarşıya qoyduğu məqsədlərə nail olunmasında vətəndaş cəmiyyətinin rolunu vurğulayıb “Vətəndaş cəmiyyətinin səmimi səyləri sayəsində bu gün Azərbaycanla Macarıstan, Qazaxıstanla Şimali Kipr arasında uzanan ümumi mədəni məkanda insanlar bir-birinə daha da yaxınlaşır. Biz yalnız bu günü düşünməməli, ortaq gələcəyimizi qurmalıyıq”, – deyə o bildirib AK Partinin sədr müavini K.Zorlu Türk dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsinin vacibliyini qeyd edib “35 il dövlətlərin inkişafı üçün qısa müddət sayıla bilər. Lakin bu müddət ərzində ölkələrimiz Türk dünyasında mənəvi vəhdəti möhkəmləndirməklə çox mühüm nəticələr əldə ediblər”, – deyə siyasətçi bildirib O qeyd edib ki, TDT-yə üzv olan hər bir dövlətin eyni istiqamətdə irəliləməsi vacib məsələdir. “İrəliyə doğru birlikdə hərəkət edərək məsuliyyəti də birlikdə bölüşməliyik”, – deyə K.Zorlu bildirib və türk xalqlarının uğurlu inteqrasiyasına nümunə kimi ortaq türk əlifbasının razılaşdırılmasını göstərib Tədbir Türkiyənin aparıcı analitik mərkəzlərinin diplomatları, müəllimləri, rəhbərləri və ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib Müzakirə iştirakçıları türk dövlətlərinin səylərini birləşdirməsinin, Türk dünyasının layiqli gələcəyi naminə ümumi yanaşmanın formalaşdırılmasının və bəşəriyyət tarixinə fəal töhfə verilməsinin vacibliyini vurğulayıblar Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli və beynəlxalq münasibətlər, eləcə də beynəlxalq hüquq sahəsində ekspert, Kahramanmaraş şəhərində yerləşən Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl da Türk dünyasının gələcəyi ilə bağlı fikirlərini bölüşüblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub | Tenqri