Andrey Sibiqa ilə Ceyhun Bayramov arasında telefon danışığı olub
Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov arasında telefon danışığı olub "Report"un məlumatına görə, bu barədə ukraynalı nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə məhsuldar söhbətim oldu. Mən həmkarım

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov arasında telefon danışığı olub "Report"un məlumatına görə, bu barədə ukraynalı nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə məhsuldar söhbətim oldu. Mən həmkarıma qonaqpərvərliyə və görüşə görə (Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri) və liderlərimizin Qəbələdə apardığı danışıqlara görə təşəkkür etdim. Biz bu danışıqlar zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik, ikitərəfli əməkdaşlığımızın gələcək inkişafı istiqamətində müzakirələr apardıq" Sibiqanın sözlərinə görə, tərəflər həmçinin regionda təhlükəsizlik vəziyyəti və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar "Ukrayna Azərbaycana suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi ardıcıl dəstəyə, habelə humanitar yardıma, xüsusilə enerji sektoruna görə minnətdardır. Biz fəal dialoqu davam etdirmək və təmaslarımızı davam etdirmək barədə razılığa gəldik", - deyə Ukrayna XİN rəhbəri yekunlaşdırıb


