Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
Amsterdamda Ey çayı üzərində tikilməsi planlaşdırılan “Oostbrug” (“Şərq Körpüsü”) körpüsünün layihəsinin dəyəri azı 650 milyon avroya çatıb AZƏRTAC xəbər verir ki, “De Telegraaf” qəzetinin məlumatına görə, bu məbləğ əvvəlki hesablamalardan yüz milyonlarla avro çoxdur. Layihə üzrə maliyyə çatışmazlı

Amsterdamda Ey çayı üzərində tikilməsi planlaşdırılan “Oostbrug” (“Şərq Körpüsü”) körpüsünün layihəsinin dəyəri azı 650 milyon avroya çatıb AZƏRTAC xəbər verir ki, “De Telegraaf” qəzetinin məlumatına görə, bu məbləğ əvvəlki hesablamalardan yüz milyonlarla avro çoxdur. Layihə üzrə maliyyə çatışmazlığı 100–300 milyon avro arasında qiymətləndirilir. Artan xərclərə baxmayaraq, şəhər rəhbərliyi körpünün inşasını davam etdirmək niyyətindədir Xərclərin yüksəlməsi ərazinin geoloji xüsusiyyətləri və obyektin gəmilərin keçidinə maneə yaratmaması tələbi ilə əlaqələndirilir. Layihənin həyata keçirilməsi üçün Niderland hökumətinin maliyyə dəstəyi tələb olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

