Amerika banklara xəbərdarlıq edir
ABŞ Xəzinədarlığı Oman, BƏƏ, Honq-Konq və Çin banklarına rəsmi xəbərdarlıq edərək, İranla əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib Fox Business-in məlumatına görə, ABŞ səlahiyyətliləri bu banklar vasitəsilə qeyri-qanuni fəaliyyətlə bağlı İranın maliyyə əməliyyatlarına

ABŞ Xəzinədarlığı Oman, BƏƏ, Honq-Konq və Çin banklarına rəsmi xəbərdarlıq edərək, İranla əməkdaşlığa görə ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib Fox Business-in məlumatına görə, ABŞ səlahiyyətliləri bu banklar vasitəsilə qeyri-qanuni fəaliyyətlə bağlı İranın maliyyə əməliyyatlarına dair sübutların olduğunu bildiriblər. Maliyyə qurumlarına göndərilən məktublar göstərir ki, banklar ABŞ-ın tələblərinə məhəl qoymasalar, onlar Amerika maliyyə sistemindən tam təcridlə üzləşəcəklər. Prezident Donald Tramp administrasiyasının anonim nümayəndəsi telekanala bildirib ki, bu, təzyiqin yalnız birinci mərhələsidir, yaxın vaxtlarda əlavə tədbirlər görülə bilər Aprelin 13-də ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının hər iki tərəfindəki İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatının qarşısını almağa başlayıb. Vaşinqton qeyd edib ki, Tehrana tranzit ödənişi olmasa, İranla əlaqəsi olmayan dəniz gəmiləri boğazdan sərbəst keçə biləcək


