Əliyevlər İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad edirlər - yenilənib 12:28; foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının general-mayoru Əzi Aslanovun məzarını ziyarət ediblər Dövlətimizin başçısı və birinci xanım Əzi Aslanovun abidəsi önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində həlak ol

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının general-mayoru Əzi Aslanovun məzarını ziyarət ediblər Dövlətimizin başçısı və birinci xanım Əzi Aslanovun abidəsi önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində həlak olan bütün Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla yad ediblər Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər Dövlət başçısının rəsmi saytının məlumatına görə, prezident və birinci xanım Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər Dövlətimizin başçısı və birinci xanım görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib


