Albaniyanın paytaxtı Tiranada minlərlə insan yürüş keçirib
Albaniyanın paytaxtı Tiranada minlərlə insan yürüş keçirib. Onlar ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin bu ölkədə dəbdəbəli kurort tikmək planlarına etiraz edirlər. Nümayişçilərin sözlərinə görə, dəyəri 5 milyard avro olan layihə həyata keçirilərsə, flaminqoların, suitilərin, dəniz t

Albaniyanın paytaxtı Tiranada minlərlə insan yürüş keçirib. Onlar ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin bu ölkədə dəbdəbəli kurort tikmək planlarına etiraz edirlər. Nümayişçilərin sözlərinə görə, dəyəri 5 milyard avro olan layihə həyata keçirilərsə, flaminqoların, suitilərin, dəniz tısbağalarının yaşadığı bataqlıq ərazilərin ekologiyası təhlükə altına düşəcək. Bundan əlavə, nümayişçilər xarici investorlar tərəfindən hazırlanan tikinti planına şübhə ilə yanaşırlar. Bununla belə, baş nazir Edi Rama mübahisəli layihənin tamamlanacağı ilə bağlı xəbərdarlıq edib


