Şəhərin memarlıq siması yenilənəcək
Almatı şəhərinin görkəmini vurğulayan qədim obyektlərin memarlıq görkəmi yenilənir. İndi şəhərdə yaşayış binalarının fasadları tamamlanır. Əsas məqsəd memarlıq irsini qoruyub saxlamaqla şəhəri gözəlləşdirməkdir. Mütəxəssislər deyirlər ki, tikililərin tarixi əhəmiyyəti dəyişmir. Almatı şəhərinin mərk

Almatı şəhərinin görkəmini vurğulayan qədim obyektlərin memarlıq görkəmi yenilənir. İndi şəhərdə yaşayış binalarının fasadları tamamlanır. Əsas məqsəd memarlıq irsini qoruyub saxlamaqla şəhəri gözəlləşdirməkdir. Mütəxəssislər deyirlər ki, tikililərin tarixi əhəmiyyəti dəyişmir. Almatı şəhərinin mərkəzində yerləşən bu yaşayış binası 1958-ci ildə dəmiryolçular üçün tikilib. Şəhər sakinləri onu “Türksib evi” adlandırırlar. İllər keçdikcə binanın xarici görünüşü köhnəlsə də, onun memarlıq görkəmi və tarixi dəyəri qorunub saxlanılıb. Ona görə də belə obyektlərin təmiri zamanı orijinal memarlıq həlləri dəyişməz qalır. Timur Akatjanov, “Q-LAB” sosial dizayn şöbəsinin müdiri: Birinci növ abadlıq işlərinə görə binaların tarixi görkəmi qorunub saxlanılır, yalnız suvaq təbəqəsi yenilənir və yenidən rənglənir. Digər tərəfdən, çox köhnəlmiş fasadlar müasir tələblərə uyğun tənzimlənir. Yəni rəngini itirmiş evlər neoklassik üslubda yenilənəcək. Obyektin memarlıq harmoniyasını artıran dekorativ elementləri əlavə etmək qərarına gəldik. Məsələn, panellərdən hazırlanan belə evlərin görünüşü dəyişəcək. Yəni sadə memarlıq həlli olan və ya zaman keçdikcə gözəlliyini itirmiş evlərin fasadları təbii daş, qranit kimi keyfiyyətli materiallarla tamamlanır. Bu il Medeu rayonunda 50 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunacaq. Dəmir Daniyarov, Medeu Rayon İcra Hakimiyyətinin kommunal xidmət şöbəsinin baş mütəxəssisi: Bütün obyektlərin texniki baxışı müstəqil qurumlar tərəfindən aparılıb. Bundan sonra təmirə başlayırlar. Təbii daş, qranit kimi tikinti üçün lazım olan materiallar yerli məhsullarımızdır. İlin sonunadək Almatıda əsas küçələrin kənarında yerləşən 170 çoxmənzilli binanın fasadları yenilənəcək. Bu işlər şəhərin memarlıq görkəmini yaxşılaşdırmaqla yanaşı, sakinlərin yaşayış şəraitini daha da rahatlaşdıracaq. Podratçı qurumlar isə görülən işlərə iki il zəmanət verirlər

