Tenqri
Ana Səhifə
Dünya

Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub

İsmayıllı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Mövlud Teymurun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati işlər sektorunun baş mütəxəssisi Nilufər Mürsəliyeva, Əməkda

0 baxışazertag.az
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub
Paylaş:

İsmayıllı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Mövlud Teymurun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati işlər sektorunun baş mütəxəssisi Nilufər Mürsəliyeva, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva, şairin qələm dostları, eləcə də rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər Çıxış edənlər Mövlud Teymur poeziyasının özünəməxsus bədii ifadə tərzi, obrazlı dili, zəngin mövzu dairəsi və dərin fəlsəfi məzmunu ilə Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu qeyd ediblər. Bildirilib ki, şairin yaradıcılığı illər keçdikcə daha da zənginləşərək milli poeziyamıza yeni bədii çalarlar və orijinal nəfəs gətirib. Daim axtarışda olan sənətkar həyat, insan, vətən, cəmiyyət və mənəvi dəyərlərlə bağlı düşüncələrini səmimi və təsirli poetik dillə oxucularına çatdırır Diqqətə çatdırılıb ki, şairin “Bir sözüm var”, “Haqqın ömrü”, “Tarixlərdə qalacaq”, “Göyçay çinarları”, “Rəsul Rza demişkən”, “Qarabağ bizimdir”, “Çox sevirəm anamı”, “İsti adamlar”, “Ürək yanğısı”, “Qar bərəkətdir”, “İsmayıllı dağları”, “Gənclik illərim”, “Yaxşı adam”, “Qəlbimin sazı” və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Ümumilikdə 20-yə yaxın şeir və poema kitabının müəllifi olan Mövlud Teymurun yaradıcılığında ana vətənə, doğma yurda, el-obaya, təbiətə və milli-mənəvi dəyərlərə bağlılıq xüsusi poetik həssaslıqla tərənnüm edilir. Onun əsərlərində insanın daxili aləmi, saf sevgi, mənəvi təmizlik və həyata nikbin baxış bədii-estetik çalarlarla əks olunur Tədbir çərçivəsində kitabxananın əməkdaşları Aytəkin Dəmirova, Ruhiyyə Nuğayeva və Könül Mirzəliyeva tərəfindən şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib Sonda fəal oxucular Ayla İbrahimova və Leyla Lətifzadə, həmçinin 1 və 2 nömrəli şəhər kitabxana filiallarının əməkdaşları Məhluqə Abdullayeva və Cəmalə Zərbalıyeva şairin yaradıcılığından nümunələr səsləndirərək tədbirə xüsusi bədii ovqat bəxş ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler