Aİ Litva ilə SAFE proqramı çərçivəsində 6,4 milyard avroluq kredit sazişi imzalayıb
Avropa Komissiyası və Litva mayın 9-da Security Action for Europe (SAFE) müdafiə proqramı çərçivəsində Vilnüsə təxminən 6,4 milyard avro məbləğində kreditin ayrılması haqqında saziş imzalayıb "Report"un Avropa bürosunun məlumatına görə, imzalanma mərasimi Avropa Günündə Vilnüsdə müdafiə və kosmos ü

Avropa Komissiyası və Litva mayın 9-da Security Action for Europe (SAFE) müdafiə proqramı çərçivəsində Vilnüsə təxminən 6,4 milyard avro məbləğində kreditin ayrılması haqqında saziş imzalayıb "Report"un Avropa bürosunun məlumatına görə, imzalanma mərasimi Avropa Günündə Vilnüsdə müdafiə və kosmos üzrə Avropa komissarı Andryus Kubilyus, büdcə üzrə Avropa komissarı Pyotr Serafin, Litvanın maliyyə naziri Kristupas Vaytekunas və ölkənin milli müdafiə naziri Robertas Kaunasın iştirakı ilə keçirilib Vəsait Rusiya və Belarusdan gələn təhdidlər fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək "Bu gün tarixi bir gündür", - A.Kubilyus bildirib və müqavilənin imzalanmasını "Avropa Gününü qeyd etməyin ən yaxşı yolu" adlandırıb Öz növbəsində, P.Serafin qeyd edib ki, ümumi dəyəri 150 milyard avro olan SAFE aləti Avropanın müdafiəsinin maliyyələşdirilməsinin vacibliyinə "ilk genişmiqyaslı cavab" oldu. Onun sözlərinə görə, Avropa Komissiyası 2027-ci ildən sonra növbəti uzunmüddətli Aİ büdcəsində müdafiə, kosmos və hərbi mobillik üçün eyni məbləğdə vəsait ayırmağı təklif edir "Sülhü qorumaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək və rifahımıza investisiya yatırmaq üçün hərbi baxımdan da güclü olmalıyıq", - P.Serafin bildirib O vurğulayıb ki, təhlükəsizlik sahəsinə investisiya qoyuluşu Rusiya və Belarusla həmsərhəd olan NATO-nun şərq cinahı ölkələri üçün xüsusilə vacibdir A.Kubilyus qeyd edib ki, SAFE mexanizmi artan təhlükəsizlik təhdidləri şəraitində Litvaya müdafiə layihələrinin həyata keçirilməsini sürətləndirməyə imkan verəcək Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
