Tenqri
Ana Səhifə
Dünya

ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə

0 baxışreport.az
ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib
Paylaş:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaratdığı "Monitorinqlərin Elektron İdarəetmə Sistemi"nin (MEİS) təqdimatı olub "Report" bu barədə agentliyə istinadən xəbər verir Təqdimatda qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur Bununla yanaşı, "Cərimə Protokollarının İdarəetmə Sistemi" (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə riayət olunmasına nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri, ödənişlər və digər zəruri məlumatlara rəhbərlik tərəfindən operativ baxışın təmin edilməsinə və nəzarət prosesinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək Sistemə nəzarət tədbirləri nəticəsində hazırlanmış sənədlərin və məlumatların daxil edilməsi həm ayrı-ayrı regionlar, həm də ölkə üzrə ümumiləşdirilmiş hesabatların hazırlanmasını və ixracını mümkün edir. Həmçinin nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar Təqdimatın sonunda hesabat qəbul olunub və vurğulanıb ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsinə, iş proseslərinin sürətləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və ümumi məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək Bu gün həm də 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Xidmətin tabeliyində fəaliyyət göstərən "SEDAM" MMC-nin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib, Xidmətin son bir il ərzində hesabatı dinlənilib Tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin "SEDAM"ın kollektivi iştirak edib Əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulub və təchiz edilib İnzibati bina ilə tanışlıqdan sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən son bir il ərzində görülən işlərə dair hesabat dinlənilib Hesabat dövründə Xidmətin regionlarda yerləşən inzibati binalarında təmir işləri aparılıb, ölkə üzrə rejim-müşahidə quyuları və hidroloji məntəqələr bərpa edilib, yeni məntəqələrin quraşdırılması işlərinə başlanılıb. Bundan əlavə, yeni xüsusi təyinatlı nəqliyyat vasitələri alınıb, köhnə nəqliyyat vasitələri isə təmir edilərək istismara yararlı vəziyyətə gətirilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler