ADSEA su infrastrukturunun təmir-bərpası ilə bağlı planlarının açıqlayıb
Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağsu rayonu üzrə kanalların beton üzlüyə alınması 2,1 kilometr təşkil edib. Cari il üçün isə Ağsu, İsmayıllı və Şamaxı rayonları üzrə kanalların bet

Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci il ərzində su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağsu rayonu üzrə kanalların beton üzlüyə alınması 2,1 kilometr təşkil edib. Cari il üçün isə Ağsu, İsmayıllı və Şamaxı rayonları üzrə kanalların beton üzlüyə alınması 3,9 kilometr, subartezian quyularının təmiri isə 3 ədəd həcmində nəzərdə tutulur "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib “Həyata keçirilən və planlaşdırılan bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir. Lakin su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə də məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılmışdır. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır”, - İlham Bayramov qeyd edib Onun sözlərinə görə, hazırkı mərhələdə əsas hədəf su resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdı. Ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı məhsuldarlığın artırılmasına da imkan yaradır “Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlmişdir. Çünki müasir çağırışlara əsasən, aqrar sektor və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir”, - İlham Bayramov vurğulayıb O əlaə edib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə kənd təsərrüfatının inkişaf perspektivləri olduqca böyükdür. Hazırda icra olunan infrastruktur layihələri və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər regionda kənd təsərrüfatı istehsalının daha da genişlənməsinə mühüm imkanlar yaradacaqdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının icrasına tam dəstək verməyə, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirləri davam etdirməyə davam edəcək “Əminəm ki, bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər, həmçinin dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların sıx əməkdaşlığı nəticəsində regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq”, - İlham Bayramov yekunlaşdırıb
Diğer Haberler

75-ci məktubun işi məxfilikdən çıxarıldı. Onu imzalayanlar həbsdə olarkən, Taşiyev çoxuşaqlı ailəyə ev verir

Şəxsi hesabda xeyriyyə məqsədilə pul yığılmasının qadağan edilməsi təklif edilir
