Tenqri
Ana Səhifə
Dünya

“ADPU-2030” Strateji İnkişaf Planı üçün “Əsas fəaliyyət göstəriciləri” hazırlanır

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ADPU-2030” Strateji İnkişaf Planının (SİP) icrasının daha sistemli, ölçülə bilən və nəticəyönümlü şəkildə qiymətləndirilməsi məqsədilə yeni “Əsas fəaliyyət göstəriciləri (KPI)” layihəsi hazırlanıb. Bu yanaşma universitetin strateji idarəetmə sistemi

0 baxış525.az
“ADPU-2030” Strateji İnkişaf Planı üçün “Əsas fəaliyyət göstəriciləri” hazırlanır
Paylaş:

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ADPU-2030” Strateji İnkişaf Planının (SİP) icrasının daha sistemli, ölçülə bilən və nəticəyönümlü şəkildə qiymətləndirilməsi məqsədilə yeni “Əsas fəaliyyət göstəriciləri (KPI)” layihəsi hazırlanıb. Bu yanaşma universitetin strateji idarəetmə sistemində mühüm yenilik kimi qiymətləndirilir ADPU-dan 525 az-a verilən məlumata görə, yeni modelin əsas özəlliyi ondan ibarətdir ki, SİP yalnız fəaliyyətlərin icrası ilə deyil, eyni zamanda, həmin fəaliyyətlərin real nəticələri və uzunmüddətli təsiri ilə birlikdə qiymətləndirilir. Bu, universitetin idarəetmə prosesində daha obyektiv və analitik yanaşmanın formalaşmasına imkan yaradır Hazırlanan model 4 əsas komponent üzərində qurulub: strateji fəaliyyətlər, fəaliyyət göstəriciləri (output), təsir göstəriciləri (outcome) və “Əsas fəaliyyət göstəriciləri (KPI)”. Bu struktur vasitəsilə hər bir strateji fəaliyyətin həm icra səviyyəsi, həm də onun yaratdığı nəticə və təsir ardıcıl şəkildə izlənilir və ölçülür Ən mühüm yeniliklərdən biri ondan ibarətdir ki, “Əsas fəaliyyət göstəriciləri (KPI)” və digər göstəricilər ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli sistem kimi formalaşdırılıb. Yəni hər bir göstərici birbaşa strateji fəaliyyətlərə əsaslanır və onların nəticə və təsir səviyyəsi ilə uzlaşdırılır. Bu yanaşma planlaşdırma ilə icra arasında olan boşluğu minimuma endirir və strateji hədəflərə çatma prosesini daha şəffaf edir Eyni zamanda, yeni model resursların səmərəliliyinin qiymətləndirilməsi, fəaliyyətlərin real təsirinin ölçülməsi və idarəetmə qərarlarının daha çox sübut və göstəricilərə əsaslanması baxımından əhəmiyyət daşıyır. Bu, universitetdə nəticəyönümlü idarəetmə mədəniyyətinin daha da güclənməsinə xidmət edir Ümumilikdə, Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzi tərəfindən hazırlanmış bu “Əsas fəaliyyət göstəriciləri (KPI)” əsaslı qiymətləndirmə modeli SİP-nin icrasının yalnız izlənilməsi deyil, eyni zamanda, ölçülməsi və təhlil edilməsi baxımından yeni mərhələ hesab olunur. Bu yanaşma universitetin strateji inkişaf prosesini daha sistemli, çevik və analitik idarəetmə modelinə yaxınlaşdırır Bu modelin hazırlanmasında beynəlxalq ali təhsil idarəetmə təcrübələri, xüsusilə OECD və UNESCO tərəfindən tövsiyə olunan nəticəyönümlü idarəetmə, indikator əsaslı monitorinq və “evidence-based governance” yanaşmaları nəzərə alınıb. Eyni zamanda Avropa Ali Təhsil Məkanı (EHEA) çərçivəsində tətbiq olunan keyfiyyət təminatı standartları və strateji performans ölçmə modelləri də metodoloji baza kimi istifadə olunub

Kaynak: 525.az

Diğer Haberler