ABŞ İsrailə “Hizbullah”ı vurmağa icazə verməyib
ABŞ İsrailə Beyrutun ətrafındakı bir ərazidə “Hizbullah”a məxsus hədəfə hücuma icazə verməyib. Modern.az xəbər verir ki, “Axios” portalının məlumatına görə, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli məmuru bildirib 7 iyun axşamı İsrail İranın şimalından raket hücumuna məruz qalıb. İsrail or

ABŞ İsrailə Beyrutun ətrafındakı bir ərazidə “Hizbullah”a məxsus hədəfə hücuma icazə verməyib. Modern.az xəbər verir ki, “Axios” portalının məlumatına görə, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli məmuru bildirib 7 iyun axşamı İsrail İranın şimalından raket hücumuna məruz qalıb. İsrail ordusu bütün raketlərin zərərsizləşdirldiyini bildirib Bu, İsrailin Beyrutun ətrafındakı bir ərazidə “Hizbullah” hədəfinə daha əvvəl etdiyi hücumdan sonra baş verib. İsrail tərəfinin məlumatına görə, bu hücum “Hizbullah”ın yəhudi dövlətinin şimal ərazilərini atəşə tutmasına cavab idi. İran hakimiyyəti əvvəllər Livan paytaxtına zərbələr endiriləcəyi təqdirdə İsrailə qarşı qisas alacaqları barədə xəbərdarlıq etmişdi


